Beş dəfə evlənən, dəmiryolunda işləyən, qızı yaşında birini sevən məşhur aktyorumuz

Beş dəfə evlənən, dəmiryolunda işləyən, qızı yaşında birini sevən məşhur aktyorumuz
4 oktyabr 2019
# 12:50

Bu gün Azərbaycanın ən məhşur komediya ulduzlarından biri, Xalq artisti Hacıbaba Bağırovun anım günüdür. Kulis.az əfsanəvi sənətkar haqda maraqlı faktları təqdim edir.

***

Atası bir zamanlar “Passaj” bazarının direktoru olmuş Ağarza Bağırovdur. Ağarza Bağırov həm də uzun illər “Muskomediya”nın inzibatçısı işləyib.

***

Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. Deyilənə görə, sənətkarın ana nənəsi polyak olub. Onlar əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.

AzTv-nin keçmiş sədri, mərhum Elşad Quliyev Hacıbaba Bağırovun ana bir, ata ayrı ögey qardaşı imiş.

***

Orta məktəbi bitirən Hacıbaba Bağırov Akademik Milli Dram Teatrının nəzdində aktyor studiyasında dərs almağa başlayıb. Aktyor kimi teatrlarda fəaliyyət göstərə-göstərə Azərbaycan Dəmiryol məktəbində oxuyur. Çoxları Hacıbaba Bağırovun Biləcəri deposunda maşinist köməkçisi işlədiyini bilmir.

Lənkəran və Gəncə Dram teatrlarında işləsə də Musiqili Komediya teatrında yaratdığı komik obrazlar ona şöhrət gətirib. Həmçinin kinoda Möhsün (“Ulduz” filmi), Məmmədəli (“Alma almaya bənzər”) Şirbala (“Şirbalanın məhəbbəti”) rolları komik aktyor kimi onun şöhrətini birə beş artırıb.

Musiqili Komediya Teatrının tarixində ən məşhur və uğurlu tamaşalardan olan “Hicran” tamaşasında əfsanəvi üçlüyün (Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslanın) yaratdığı aktyor ansamblı öz təkrarsızlığı ilə yadda qalıb. Çoxlarısa bilmir ki, bu səhnələri yaradan zaman aktyorlar küsülü idi.

1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub.

***

“Şirbalanın məhəbbəti”ndə evli ola-ola yeni sevdalara düşən Şirbalaya güləndə aktyorun özünün də bir neçə dəfə evlənməsini xatırlamalıyıq. H.Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib.

Amma onu da mütləq qeyd etmək lazımdır: sənətkar 80-ci illərin sonunda ailə qurduğu Tamara xanımın əvvəlki nikahdan olan qızlarına öz soyadını verib. Və “Şirbalanın məhəbbəti” filmində çəkilən uşaqlardan ikisi həmin qızlardır.

İlk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Zahiri görkəmiylə büsbütün Hacıbaba Bağırovu xatırladan Aleksandr atasının son günlərinə qədər ona baş çəkir, əlaqə saxlayırmış.

Sənətkarın sonuncu evliliyi isə özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub.

Onun bu evlilikdən olan Şölə adlı qızı dünyaya gəlib.

Beləliklə, aktyorun böyük oğlunun 66, kiçik övladının 17 yaşı var.

Hacıbaba Bağırov 4 oktyabr 2006-ci il, 74 yaşında onikibarmaq bağırsağın iltihabından vəfat edib.

# 7525 dəfə oxunub

Oxşar xəbərlər

Məzardan çıxan, dünyaya qayıdan, yaşamağa başlayan kimdir? - "Gözmuncuğu"nun sirri

Məzardan çıxan, dünyaya qayıdan, yaşamağa başlayan kimdir? - "Gözmuncuğu"nun sirri

18:20 15 may 2025
Dəniz Əsədova həbs edildi

Dəniz Əsədova həbs edildi

18:10 15 may 2025
Səncə, fədakarsan? - Sadəcə, istifadə olunursan!

Səncə, fədakarsan? - Sadəcə, istifadə olunursan!

18:00 15 may 2025
Arif Babayevə Heydər Əliyev Mükafatı  təqdim olundu

Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olundu

17:41 15 may 2025
Oğuz Ayvazın yeni romanı işıq üzü gördü

Oğuz Ayvazın yeni romanı işıq üzü gördü

14:33 15 may 2025
"Xəzər"  jurnalı yeni formatda

"Xəzər" jurnalı yeni formatda

13:20 15 may 2025
#
#
# # #