"Bu qədər təsadüf ola bilməz" deyəcəyiniz 13 FAKT

<b>"Bu qədər təsadüf ola bilməz" deyəcəyiniz <span style="color:red;">13 FAKT </b>
25 may 2018
# 13:30

Kulis.az 13 təsadüf faktını təqdim edir. Bunlara inanmaq asan deyil.

1. Çunosuke Matsuyama adlı yapon dənizçisi 1784-cü ildə gəmisi batmazdan əvvəl son bir ismarıc yazıb şüşə butulkada dənizə atır. İsmarıc olan şüşə 1935-ci ildə Matsuyamanın doğulduğu kəndə gəlib çıxır.

2. 1991-ci ildə taylandlı bir qadın palçıqlı yolda gedərkən ayağı sürüşür, yıxılmamaq üçün səhvən elektrik naqilundən yapışır. Qadın elə yerindəcə ölür. Elə həmin gün mərhum qadının bacısı eyni yerdə qonşulara bacısının necə öldüyünü göstərərkən ayağı sürüşür və eyni şəkildə naqildən yapışır. Beləliklə, iki bacı eyni gündə, eyni yerdə, eyni səbəbdən ayrı-ayrı saatlarda cərəyan vurmasından vəfat edir.

3. Ferrari avtomobilinin istehsalçısı Enzo Anselmo Ferrari 1988-ci ildə vəfat edir. İşin maraqlı tərəfi eyni ildə türk əsilli futbolçu Məsut Özilin doğulmasıdır. Maraqlı olansa bu iki şəxsin ikiyə bölünmüş alma kimi bir-birinə bənzəməsidir.

Ferrari otomobillerinin üreticisi Enzo Anselmo Ferrari, 1988'de hayatını kaybetti. İşin ilginç tarafı ise aynı yıl Türk asıllı Alman futbolcu Mesut Özil'in doğmuş olmasıydı.

4. 1930-cu illərdə Detroytda bir körpə hündürmərtəbəli binanın pəncərəsindən küçədən keçən Jozef Fiqlokun üstünə düşür. Hər ikisi yaralanmadan salamat qalırlar. Bir il sonra eyni körpə eyni pəncərdən eyni adamın üstünə düşür və yenə sağ qurtulurlar. Bu təsadüfə adamlar özləri də inana bilmir.

5. Volter Summerford adlı şəxsi həyatı boyunca tam 3 dəfə ildırım vurub. Maraqlı olansa, Summerfordun ölümündən sonra məzarını da bir dəfə ildırımın vurmasıdır.

6. Təyyarədə uçarkən, yolçulardan biri infarkt keçirir. Təyyarənin stüardessası sərnişinlərin arasında həkim olub-olmadığını soruşur. 15 adam birdən ayağa qalxır. Kardiologiya konfransına gedən həkim qrupu xəstəni xilas edir.

7. Erksine Laureans və Nevil Ebbin aralarında bir yaş fərq olan iki qardaş idi. Qardaşların hər ikisi ayrı ayrı vaxtlarda motosikletə minərkən eyni sürücünün idarə etdiyi, eyni sərnişini aparan eyni taksinin qəzasından həlak olub. Bir il fasilə ilə başverən qəzalarda qardaşlar eyni motosikleti sürürmüş və hər ikisi 17 yaşında idi.

Erskine Lawrence ve Neville Ebbin, bir yıl arayla Hamilton, Bermuda'da doğmuş iki erkek kardeşti. Her ikisi de motosiklete bindikleri sırada aynı sürücünün kullandığı, aynı yolcuyu taşıyan, aynı taksi ile çarpıştıktan sonra öldü.

8. Tsutomu Yamaqoçi adlı yapon mühəndis Xirosimada atom bombası düşərkən partlamanın gücündən uçaraq uzaqdak kartof tarlasına düşür, ağır yaralansa da sağ qalır. Bu hadisədən sonra doğulduğu yerə - Naqasakiyə gedir və eyni dəhşəti ikinci dəfə yaşayır. Tsutomu bu dəfə də sağ qurtulur.

цутому ямагучи

9. 1903-cü ildə Vilyam Vest adlanan yapon mühəndis Livenvös həbsxanasına gətirilərkən oradakı işçilərdən biri onun əvvəllər də burada gördüyünü söyləyir. Amma Vestin ora ilk gəlişi idi. Uzun zaman həbsxanada işləyən bu adamın dediyi sözə görə hadisəni araşdırırlar və eyni adda, eyni görkəmdə bir adamın Vestdən əvvəl həbsxanada yatdığı ortaya çıxdı. Bundan sonra məhkumların kimliyini yoxlamaq üçün barmaq izlərindən istifadə olunur.

1903'te William West adlı bir adam, Leavenworth Hapishanesi'ne getirildiğinde, oradaki görevlilerden biri ısrarla onun daha önce orada bulunduğunu söyledi. Ancak West'in oraya ilk gelişiydi.

10. 1965-ci ildə Alisa Bleyş adlı qadın dənizdə boğulan 4 yaşlı uşağı xilas edir. Bu hadisədən 4 il sonra həmin uşaq bir başqasını boğulmaqdan xilas edir. Uşağın xilas etdiyi admsa Alisa Bleyçin əri imiş.

Un homme sauvé de la noyade par une jeune femme

11. BBC müxbiri yaşlı bir adamla küçə reportajı edir və ondan 1967-ci il Everton-Liverpul qarşılaşmasını xatırlayıb-xatırlamadığını soruşur. Müsahibi ona həmin oyunda oynadığını deyir. Məsələ burasındadır ki, Tommi Lourens 1957-1971-ci illərdə Liverpulun qapıçısı olub. “Uçan donuz” ləqəbi ilə tanınırmış.

BBC muhabiri, yaşlı bir adamla sokak röportajı yaptı ve ona 1967 Everton - Liverpool derbisini hatırlayıp hatırlamadığını sordu. Adam ona şöyle cevap verdi: “Ben o maçta oynamıştım!”

12. Mayamidə hakim işləyən Mindi Qlazerin apardığı oğurluq işində maraqlı bir rastlaşma baş verir. Oğurluqda ittiham olunan Artur But Qlazerə ilk baxışda tanış gəlir. Qlazer müttəhim kürsüsündəki Butdan Natilus orta məktəbinə gedib-getmədiyini soruşur. Müsbət cavab alan hakim qadın kövrəlir. Məktəb illərində birgə futbol oynayan dostları indi belə xoşagəlməz bir hadisə qarşılaşdırmışdı. But danışanda ağlamaqdan özünü saxlaya bilmir və utanır.

Miami'de hakim olarak görev yapan Mindy Glazer'ın baktığı bir hırsızlık davasında ilginç bir buluşma yaşandı. Hırsızlık suçundan yargılanan Arthur Booth, Glazer'a ilk bakışta oldukça tanıdık gelmişti.

13. Məşhur aktrisa Enn Hetueyin həyat yoldaşı Adam Şulman fiziki görkəmcə Şekspirə bənzəyir. Maraqlı olansa odur ki, Vilyam Şekspirin də arvadının adı Enn Hetuey olub.

Ünlü oyuncu Anne Hathaway'in eşi Adam Shulman, fiziksel olarak William Shakespeare'e benziyor. İlginçtir ki, William Shakespeare'in karısının adı da Anne Hathaway'di.

# 2119 dəfə oxunub

Oxşar xəbərlər

“Sandıq”  Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

17:37 26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə”  plastik tamaşasını təqdim edir

“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir

16:48 26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

15:16 26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

15:04 26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində

Filippinli qonaq Ədəbiyyat Muzeyində

13:47 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

12:54 26 noyabr 2024
# # #