Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olundu

Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş tamaşa  nümayiş olundu
16 may 2026
# 11:55

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dövlət xadimi, dramaturq, Xalq yazıçısı Elçin Əfəndiyevin anadan olmasının 83 illiyinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşadan öncə əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə çıxış edərək görkəmli yazıçının Azərbaycanın ictimai-siyasi həyatında, milli mədəniyyəti və ədəbiyyatında əvəzsiz xidmətlərindən bəhs edib. Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin ənənələrini davam etdirən Elçinin müxtəlif illərdə yazdığı əsərlərin həm yerli, həm də ölkə xaricində teatrlarda uğurlu nümayişlərindən danışaraq onun bütün dövrlərdə yaşadığını qeyd edib: "90-cı illərdə onun yazdığı trilogiya “Ah, Paris, Paris”, “Mənim ərim dəlidir”, “Diaqnoz D” möhtəşəm komediyalar idi. Elçinin komediyalarındakı gülüş dramaturgiyanın inkişafına yol açmışdı. Azərbaycan dramaturgiyası tamamilə yeni mərhələyə qədəm qoydu".

Görkəmli yazıçının bir sıra tamaşalarına quruluş verən rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Elçinin milli teatr prosesində əvəzsiz xidmətlərindən danışaraq, müəlliflə son yaradıcılıq işləri olan "Baş" tamaşasının ərsəyə gəlməsindən bəhs edib.

Nümayiş olunan “Baş” tamaşasının quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

Tamaşada Xalq artistləri Rafiq Əzimov (Molla Müzəffər ağa), Hacı İsmayılov (Münşi Məşədi Həsənağa), Kazım Abdullayev (Hüseynqulu xan), Əməkdar artistlər Füzuli Hüseynov (Knyaz Sisianov), Vəfa Rzayeva (Çariça Mariya), Elnar Qarayev (Mahmud bəy), Anar Heybətov (Dilmanc Şərif bəy), Rövşən Kərimduxt (Fətəli şah), Kazım Həsənquliyev, (Hacı Muxtar), Elxan Quliyev (Həmdulla), Elşən Rüstəmov (İvan Petroviç Lazarev), Mətləb Abdullayev (Polkovnik fon Qrenfald), Ayşad Məmmədov (Mirzə Məhəmməd Əkbari), aktyorlar Elçin Əfəndi (Cavad xan), Rüstəm Rüstəmov (İbrahim xan), Cümşüd Zeynalov (Xacə Əbdül Rəhman), Cavidan Novruz (Qurd Kərim), Tural İbrahimov (Abbas Mirzə), Nəzrin Abdullayeva (Sarı Çoban qızı), Günəş Təkin (Ağabəyim ağa), Vüsal Mustafayev (Vaxtanq Potsixaşvili), Lalə Süleymanova (Markiza Natalya de Lafonje), Ləman İmanova (Hürü bəyim), Elsevər Rəhimov (Podpolkovnik Eristov), Elçin Nurəliyev (Podpolkovnik Pavlov), Əliulla Vəliyev
(Mayor Lisaneviç), Kənan Hüseynov (Sarı Çoban), Muhuma Sahov (Leşgərnevis Rza), Rəvan Səmədov (Çapar), Rüfət Əhmədov (Əmir Həmzə) çıxış edib.

"Baş” XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir.

Sisianovun başının “səyahəti” geniş bir coğrafiyada - Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir.

Xatırladaq ki, yazıçının “Baş” romanı rus, ingilis, türk, ukrayna, italyan, rumın, ərəb, alman dillərinə tərcümə edilmiş, dünyanın müxtəlif ölkələrində nəşr olunmuşdur.

Qeyd edək ki, “Baş” tamaşasının premyerası 26 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.

Şahanə Müşfiq

# 116 dəfə oxunub

Oxşar xəbərlər

İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

12:00 16 may 2026
Pompeydə maraqlı kəşf: Ölüm anında da peşəsini tərk etməyən həkim

Pompeydə maraqlı kəşf: Ölüm anında da peşəsini tərk etməyən həkim

11:50 16 may 2026
"Mühasirənin səsi" adlandırılan Olqa Berqqolts kim idi?

"Mühasirənin səsi" adlandırılan Olqa Berqqolts kim idi?

11:20 16 may 2026
Beynəlxalq Muğam Mərkəzində dostluq konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində dostluq konserti keçirildi

11:00 16 may 2026
Qısamüddətli  şam yeməyindən qlobal fenomenə -  İlk "Oskar"ın pərdəarxası məqamları

Qısamüddətli şam yeməyindən qlobal fenomenə - İlk "Oskar"ın pərdəarxası məqamları

10:40 16 may 2026
Muzeylərdə "Açıq qapı"  günü elan olunur

Muzeylərdə "Açıq qapı" günü elan olunur

17:46 15 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər