Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı
22 noyabr 2024
# 16:40

Kulis.az Xalq yazıçısı Anarın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktubunu təqdim edir.

Hörmətli İlham Heydəroğlu!

COP29-un böyük uğurla keçirilməsi, Sizin bu tədbirdə parlaq çıxışlarınız ölkəmizin başını daha da ucaltdı. Bədxahlarımızın bütün cəhdlərinə baxmayaraq, dünya Azərbaycanı sanki kəşf etdi, yenidən tanıdı. Qədim tarixi, zəngin və əlvan mədəniyyəti olan, bu gün qurucu bir həyatla yaşayan, dini və milli dözümlülük, tolerantlıq amallarına daima sadiq qalan, otuz il işğal altında qalmış və vandallar tərəfindən xarabaya çevrilmiş torpaqlarını öz gücü ilə azad edən, ərazi bütövlüyünü son qarışınacan əbədi bərpa edən qürurlu və məğrur bir xalqın vətəni Azərbaycan – Ulu Öndərin dediyi kimi, dünyaya günəş kimi doğdu.

O da təsadüfi deyildir ki, müqəddəs dinimiz İslamın Yaşılı ilə Təbiətin rəmzi olan Yaşıl bir vəhdətdə – mənəvi və əxlaqi dəyərlər vəhdətində qovuşur.

Ayrı-ayrı insanlar içində paxıllar olduğu kimi, paxıl dövlətlər də var. Daha doğrusu, paxıl siyasətçilər tərəfindən idarə olunmağa məruz qalmış məmləkətlər. Füsunkar təbiətimizə, yeraltı sərvətlərimizə həsəd çəkənlər, hətta dənizimizə, küləklərimizə, bol-bol günəşli günlərimizə də qısqanclıqla yanaşırlar. Bizi təkləmək, boykot etmək cəhdləri də məhz bu gücsüz hiddətdən, aciz hikkədən doğur. Ölkəmizi təkləmək istəyənlərin arzuları ürəklərində qaldı. Özləri təkləndilər.

Fransız xalqı bəşəriyyətə ədəbiyyat, sənət, elm, maarif sahəsində dahi insanlar bəxş etmiş böyük millətdir. Amma bu ölkənin müstəmləkəçilik xumarından hələ də ayılmamış bədnam siyasətçiləri əzdikləri xalqların fəryadını, iqlim fəsadı ilə tamamilə yox olmaq təhlükəsinə görə çəkdikləri harayı eşitmək istəmirlər. Zəbt etdikləri xalqlara öz doğma dillərini unutdurub fransız dilini sırıyan müstəmləkəçilər bu məqsədlə hətta fransızca danışan ölkələr birliyi – frankofon təşkilatı yaradıblar. Amma indi nə XIX əsrdir, nə də XX yüzillik. XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır – Fransanın özündən, bir də “frankofon” Ermənistandan.

Hörmətli Prezidentim!

44 günlük Zəfər savaşından və 23 saatlıq antiterror əməliyyatından sonra COP29-un Bakımızda belə möhtəşəm keçirilməsi şəxsən Sizin, xalqımızın, müstəqil dövlətimizin Üçüncü tarixi qələbəsidir.

Qələbələr qüruru və dərin minnətdarlıq hissi ilə

ANAR

Azərbaycan Yazıçılar Birliyinin sədri

15 noyabr 2024

# 1593 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur 10 arxeoloji abidəsi

Dünyanın ən məşhur 10 arxeoloji abidəsi

15:00 6 iyul 2025
Uilyam Folkner:  “Amerikada yazıçı it kimidi”

Uilyam Folkner: “Amerikada yazıçı it kimidi”

12:00 6 iyul 2025
Ruslan Əhmədoğlu vəfat etdi

Ruslan Əhmədoğlu vəfat etdi

11:37 6 iyul 2025
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə

22:30 5 iyul 2025
Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

14:17 5 iyul 2025
Rahid Uluselin yeni kitabı çap olundu

Rahid Uluselin yeni kitabı çap olundu

13:11 5 iyul 2025
#
#
# # #