Xalq rəssamının yubiley sərgisinin açılışı oldu

Xalq rəssamının yubiley sərgisinin açılışı oldu
13 aprel 2024
# 10:20

Müasir İncəsənət Muzeyində Azərbaycanın dünyaca tanınmış ustad rəngkarı və Xalq rəssamı Qǝyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgidə rəssamın son zamanlarda yaratdığı 72 ədəd rəngkarlıq və qrafik əsərləri nümayiş etdirilir. Həmin əsərlər, Azərbaycanın və İslam dünyasının zəngin mədəni köklərini əks etdirən simvolik elementlərdən ilhamlanır, eyni zamanda, müasir incəsənət texnikaları ilə birləşərək, Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.

Rəssam sərginin sənətsevərlər, sənətşünaslar, mütəxəssislər tərəfindən yüksək qiymətləndiriləcəyini vurğulayıb: “Gələn həftə sərginin müzakirə olunması planlaşdırılır. Müzakirədə hər bir əsərin ayrı ayrılıqda izahı veriləcək, həmçinin rəsmlərin necə ərsəyə gəlməsindən bəhs olunacaq”.

Sərginin kuratoru Rəsul Həsənov Qəyyur Yunusun Azərbaycan rəngkarlığında önəmli yeri olduğunu qeyd edib: “Rəssamın əsərlərinə baxdıqda insan daxili rahatlıq tapır. Onun rəsmlərində xoş auranı hiss etmək mümkündür. Qəyyur Yunus İslam dünyası üçün öz dəst-xətti olan rəssamlardandır. Əgər yüz il sonra Azərbaycan, Şərq incəsənəti dünyaya təqdim edilərsə onun əsərləri göstəriləcək ilk nümunələr arasında olacaq”.

Sərginin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirən Xalq rəssamı Qəyyur Yunus əlavə edib: "Ümid edirəm ki, əsərləri görəndə qəlbimdə olan bütün hisslər duyula biləcək".

Qeyd edək ki, Qayyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar "Humay" mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, sərgi aprelin 30-dək davam edəcək.

"Azertac"

# 2332 dəfə oxunub

Oxşar xəbərlər

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

15:00 1 mart 2026
"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

12:00 1 mart 2026
Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:16 28 fevral 2026
Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

10:26 28 fevral 2026
Məşhur meyxanaçı vəfat etdi

Məşhur meyxanaçı vəfat etdi

09:54 28 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər