Xalq artistləri Özbəkistanda təltif olundu

Xalq artistləri Özbəkistanda təltif olundu
30 yanvar 2026
# 10:13

Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistanın Mədəniyyət Nazirliyi tərəfindən iki ölkə mədəniyyətinin inkişafında göstərdikləri xidmətlərə görə “Mədəniyyət və Sənət fədakarı” medalı ilə təltif olunublar.

Kulis.az xəbər verir ki, bu barədə Gülyanaq Məmmədova sosial şəbəkədə məlumat yayıb:

“28 yanvar 2026-cı il tarixində qardaş Özbəkistanın paytaxtı Daşkənddə “Yeni Özbəkistan Ulduzları” mükafatının təntənəli təltifolunma mərasimi keçirilib. Özbəkistan dövləti tərəfindən həmin tədbirə Mənsum İbrahimov ilə birlikdə fəxri qonaq qismində dəvət olunduq.

Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən iki ölkənin mədəniyyətinin inkişafında göstərilən xidmətlərə görə “Mədəniyyət və Sənət fədakarı” medalı ilə təltif olunduq.

Verilən dəyərə görə qardaş ölkənin Mədəniyyət Nazirliyinə dərin təşəkkürümüzü bildiririk".

# 1014 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər