Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyi qeyd olunub

Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyi qeyd olunub
29 dekabr 2024
# 10:37

Heydər Əliyev Sarayında klarnet-saksofon ifaçısı, dirijor, bəstəkar, Xalq artisti Tofiq Əhmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə konsert keçirilib.

Kulis.az xəbər verir ki, yubiley gecəsində Tofiq Əhmədov yaradıcılığının bütün istiqamətlərini əhatə edən - onun həm məşhur əsərləri, həm də az tanınan bəstələri uzun illərdən sonra ilk dəfə səslənib.

Konsertdə həmçinin, dahi bəstəkarlarımız Ü. Hacıbəyli, Niyazi, F. Əmirov, Q. Qarayev, T. Quliyev, R.Hacıyev və E. Sabitoğlunun sevimli əsərləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestrinin dirijoru, Əməkdar incəsənət xadimi Vasif Axundov və dirijor Elbəy Məmmədzadənin yeni işləmələrində maraqlı aranjimanlarda təqdim olunub.

Gecədə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestri, Xalq artistləri Ənvər Sadıqov (“Qaytağı” ansamblı), Salman Qəmbərov (“Bakustic Jazz” qrupu), Natəvan Şeyxova eləcə də tanınmış ifaçılar - İlhamə Qasımova, Aynur İsgəndərli, Nigar Cəlilova, Rövşən Qəhrəmanovun ifaları tamaşaçılara unudulmaz emosiyalar bəxş edib.

# 2702 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər