Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi
25 avqust 2026
# 13:25

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib.

APA xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfndən əvvəl Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.

Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.

***

12:39

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Tofiq Bakıxanovun vəfatı Azərbaycan və dünya mədəniyyəti üçün ağır itkidir. Nazir qeyd edib ki, Tofiq Bakıxanov Azərbaycan mədəniyyəti üçün böyük işlər görüb:

“Onun çoxşaxəli fəaliyyəti, yetişdirdiyi tələbələr yaşayır və yaşayacaq. O, bir məktəb formalaşdırıb. Onun əsərləri hər kəsə məlumdur. Tofiq Bakıxanovun Vətəninə, millətinə olan sevgisini hər bir əsərində xüsusilə hiss edirik. Hər bir əsərinin öz ruhu var. Bizim onunla mütəmadi görüşlərimiz olub. Son görüşümüz təxminən bir ay əvvəl baş tutmuşdu. O zaman kifayət qədər yaxşı idi”.

Xalq artistinin oğlu Vahid Bakıxanov bildirib ki, Tofiq Bakıxanov ömrünün son nəfəsinə qədər sənətinə bağlı olub, böyük zəhmət çəkib və öz yaradıcılığı ilə silinməz iz qoyub:

“Son vaxtlar o, müəyyən əsərlərin və əlyazmaların mütləq şəkildə kitabxanalarımızın fondlarında qorunub saxlanılmasına çalışırdı”.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov bildirib ki, Tofiq Bakıxanov böyük bir epoxanın, böyük bir dövrün nümayəndəsi idi:

“O, həyatı hadisələrlə, insanlarla zəngin olan, parlaq ömür yaşamış bir şəxsiyyət idi. Tofiq Bakıxanova məxsus bir çox xüsusiyyətlərin bundan sonra da Azərbaycan sənət səhnəsində təkrar olunması çətin olacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bildirib ki, Tofiq Bakıxanov Bakıxanovlar nəslinin adını yaşatmaq və inkişaf etdirmək kimi mühüm vəzifəni layiqincə yerinə yetirib.

O qeyd edib ki, Tofiq Bakıxanov Azərbaycan Milli Elmlər Akademiyası ilə həm yaradıcılıq, həm də dostluq və əməkdaşlıq münasibətləri saxlayıb.

***

11:15

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.

APA xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində keçirilir.

***

11:12

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.

APA xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-ü 96 yaşında vəfat edib.

# 178 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

13:50 25 avqust 2026
Türk dünyasının rəssamları Kapadokiyada

Türk dünyasının rəssamları Kapadokiyada

13:10 25 avqust 2026
Tanınmış mədəniyyət xadimi vəfat etdi

Tanınmış mədəniyyət xadimi vəfat etdi

12:50 25 avqust 2026
Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

12:30 25 avqust 2026
Səhnəmizin unudulmaz Vəfası - Anası Hökumə Qurbanova ona niyə mane olmuşdu?

Səhnəmizin unudulmaz Vəfası - Anası Hökumə Qurbanova ona niyə mane olmuşdu?

12:00 25 avqust 2026
Bu gün Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi  keçiriləcək

Bu gün Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçiriləcək

10:15 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər