Xalq artisti Rasim Balayev: Bu gün bizim niyyətimiz fəxri ad almaq deyil

Xalq artisti Rasim Balayev:  Bu gün bizim niyyətimiz fəxri ad almaq deyil
3 avqust 2024
# 10:18

"Fəxri ad məsələsi başqa ölkələrdə məna kəsb eləmir".

Kulis.az xəbər verir ki, bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

Xalq artisti sözügedən məsələsi qardaş Türkiyə ilə müqayisə edib.

“Türkiyədə mənə sual verdilər ki, bu nədir? Bu adlar nəyə gərəkdir? Mən birtəhər izah etdim. Cavabında dedilər ki, bizdə iki qisim sənətçi var: zəngin və yoxsul. Əgər adam çox filmə çəkilirsə, zəngindir, çəkilmirsə, deyil. Dediyim odur ki, bu gün bizim niyyətimiz ad almaq deyil. Xeyr. Bu bir Sovet stimulu idi. Bizim məqsədimiz indi bu deyil və olmamalıdır”,- o əlavə edib.

İttifaq sədri Azərbaycan filmində son illərdə baş verən durğunluğa təəssüf hissi ilə toxunub: “Bu zaman içərisində bəzən müəyyən fəxri ad alan şəxsləri, təəssüf ki, sonralar heç bir filmdə, layihədə görə bilmirik. Onda biz çətin vəziyyətə düşürük”.

APA

# 2735 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər