Xalq artisti haqqında kitab çap olundu

Namiq Cəfər. Xalq artisti

Namiq Cəfər. Xalq artisti

12 yanvar 2022
# 16:00

Xalq artisti Cəfər Namiq Kamalın 70 illik yubileyinə həsr olunan kitab çap olunub.


Kulis.az xəbər verir ki, teatrşünas və dramaturq Çingiz Ələsgərlinin Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuş “Tale yazısı” kitabı çap olunub. Kitabda Xalq artisti Cəfər Namiq Kamalın Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrlarının hər birində əsrin dörddə biri qədər davam etmiş maraqlı və zəngin yaradıcılığı ətraflı şəkildə araşdırılıb.

Kitabda maraqlı başlıqlar altında aktyorun bu gün də uğurla davam etdirilən zəngin yaradıcılıq təcrübələri, yaratdığı və ya müxtəlif səbəblərdən yaratmadığı obrazlar haqqında düşüncələri, mülahizələri, arzuları, başına gələn məzəli hadisələr, haqqında müxtəlif qəzetlərdə çap olunmuş rezenziyalardan parçalar, fotolar və xatirələr toplanıb.

Kitabın sonunda “Cəfər Namiq haqqında deyilənlər” bölümündə sənətkarın qardaşı, “Şöhrət” ordenli, Xalq artisti, professor İlham Namiq Kamalın, Xalq yazıçısı, dramaturq Elçinin, Xalq artisti, rejissor Ramiz Həsənoğlunun, Xalq artisti Bəsti Cəfərovanın, ssenarist, rejissor Şərif Qurbanəliyevin, ssenarist, dramaturq Əhməd Orucoğlunun aktyor haqqında fikir və arzuları yer alıb.

Nəşrin redaktoru ssenarist və dramaturq Əhməd Orucoğlu, naşiri Akif Dənzizadədir.

Çingiz Ələsgərlinin “Tale yazısı” kitabının təqdimat mərasimi 17 yanvar 2022- ci il saat 12-00-da Bakı Kitab Mərkəzində (Üzeyir Hacıbəyov-14) keçiriləcəkdir.

# 3594 dəfə oxunub

Oxşar xəbərlər

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər