Kitab sərgisi

Vyanada Ömər Seyfəddinin “Hekayələr” kitabı təqdim edildi

Vyanada Ömər Seyfəddinin “Hekayələr” kitabı təqdim edildi
13 iyun 2022
# 11:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində Fond tərəfindən nəşr olunmuş Türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri Ömər Seyfəddinin “Hekayələr” kitabı alman dilində təqdim edilib.

Kulis.az xəbər verir ki, tədbir Fondun, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı və Türkiyə Respublikasının Avstriya Respublikasındakı Səfirliklərinin birgə təşkilatçılığı ilə Vyana Yunus Əmrə İnstitutunda keçirilib.

Təqdimat mərasimində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, Vyana Yunus Əmrə İnstitutunun rəhbəri Ayşe Yorulmaz, araşdırmaçı-yazar Orxan Araz, Türkiyənin Erciyez Universitetinin professoru Hülya Argunşah və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun bildirib ki, türk ədəbiyyatının inkişafına əhəmiyyətli töhfələr verən Ömər Seyfəddin qısa hekayələr janrının önəmli imzalarından biridir və Türkiyənin imperatorluqdan cümhuriyyətə keçid dönəmində milli dil və bu dillə meydana gələn ədəbiyyatın formalaşmasında onun xüsusi rolu olmuşdur.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva öz çıxışında avstriyalı oxucuları türk dünyasını birləşdirən ədəbi incilərlə görüşdürdüklərini bildirib. Fondun prezidenti kiçik həcmli hekayələri ilə ədəbiyyatda güclü iz buraxan Ömər Seyfəddinin əsərləri və ümumiyyətlə, ədəbi fəaliyyətilə Türk dilinin özləşməsinə çalışdığını, türkçülük axınının qurucu və öncüllərindən biri olduğunu qeyd edib. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin beynəlxalq aləmdə tanıtımı üçün layihələrin həyata keçirildiyini, təşkilatın məqsədinin Türk xalqlarının tarixini, adət-ənənələrini, musiqisini, ədəbiyyatını, memarlığını, sənətini, ümumiyyətlə mədəni irsini qorumaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək olduğunu dilə gətirib.

Tədbirdə Almaniyada uzun illər yaşayan araşdırmaçı yazar Orxan Araz , tərcüməçi German Kohl, Ömər Seyfəddinlə bağlı elmi məqalələri ilə tanınan Türkiyənin Erciyes Universitetinin müəllimi, professor Hülya Argünşah görkəmli yazıçının cəmi 36 il yaşamasına baxmayaraq, türk ədəbiyyatına böyük töhfələr verdiyini vurğulayıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk ədəbiyyatının növbəti dəfə Avropada tanıdılması yönündə çalışmalarını yüksək qiymətləndiriblər.

Təqdimatda TRT tərəfindən Fondun himayəsi ilə çəkilmiş Ömər Seyfəddinin həyat və yaradıcılığına həsr olunmuş sənədli film göstərilib. Sonda Azərbaycanın Xalq artisti Mehriban Zəki Türk mədəniyyətinin incilərindən seçmələr ilə çıxış edib.

# 2119 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər