Vağzalı... - Fərid Bayramlı

Vağzalı... - Fərid Bayramlı
10 iyul 2025
# 14:30

Kulis.az Fərid Bayramlının "Vağzalı..." yazısını təqdim edir.

Toyun uvertürasıdır Vağzalı…Toy vağzalı ilə başlayır, Vağzalı ilə də qurtarır. Hər bir xanımın həyatda ən çox arzuladığı, xəyallarının reallığa çevrildiyi günün himnidir Vağzalı…

Ata evinə əlvida, ər evinə salamdır Vağzalı…

Kövrək notlara köklənməsinə baxmayaraq, sevincli anların şahididir Vağzalı…

Bəyaz gəlinlik adlı şeirin melodiyasıdır Vağzalı…

Bəy evinə aparan yolun musiqili bələdçisidir Vağzalı…

Vağzalı elə bir musiqi çələngidir ki, qəlbləri riqqətə gətirir…

Paklıq simvoludur Vağzalı…

Ruhun qidasıdır Vağzalı.

Vağzalı çalınırsa, demək ki, yuvalar qurulur…Yeni insanın dünyaya gələcəyinin carçısıdır Vağzalı…

Sevən qəlbləri birləşdirən bir xəyali körpüdür Vağzalı…

Ülvi hisslərin kamertonudur Vağzalı…

Vağzalı sədaları qapılardan əksik olmasın… İstənilən halımızda dinlədikcə dinləmək istədiyimiz sirli bir səsdir Vağzalı…

Ən xoş musiqidir Vağzalı…Toy-büsatın yaraşığıdır Vağzalı…

Nəhayət, HAPPY ENDDİR Vağzalı!!!

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər