Üzeyir Hacıbəyovla qohum olan, Dövlət Filarmoniyasına adı verilən bəstəkar

Üzeyir Hacıbəyovla qohum olan, Dövlət Filarmoniyasına adı verilən bəstəkar
28 iyul 2025
# 10:36

28 iyul bəstəkar, dirijor, folklorşünas və ictimai xadim Müslüm Maqomayevin anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyat və fəaliyyəti haqqında əsas faktları təqdim edir.

Müslüm Maqomayev 1885-ci il sentyabrın 18-də Qroznıda dəmirçi Məhəmmədin ailəsində dünyaya göz açıb.

Ailədə musiqiyə olan sonsuz maraq onun bəstəkar kimi formalaşmasında böyük rol oynayıb.

Müslüm Qroznıda, sonra isə Tiflisdəki Qori müəllimlər seminariyasında təhsil alıb.

Burada gələcəyin dahi bəstəkarı Üzeyir Hacıbəyovla tanış olmuş və bu tanışlıq sonradan qohumluğa çevrilmişdi. Onların hər ikisi Terequlova bacılarına evlənib.

Müslüm seminariyada skripkada, qaboyda çalmağı öyrənir, bəzən məktəbin orkestrində dirijoru əvəz edirdi.

Şimali Qafqazda, Lənkəranda müəllimlik edən gənc Müslüm Üzeyir bəyin məsləhəti ilə Bakıya gəlir.

Dostunun yaratdığı teatr truppasının rəhbəri olur. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edir.

Müslüm Maqomayevin ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır.

O zaman bəstəkarın ağlına belə gətirməzdi ki, əsərdəki Aslan şahın ariyasını çox illər sonra üzünü görmədiyi nəvəsi – dünya şöhrətli müğənni Müslüm Maqomayev ifa edəcək.

Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.

O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.

Bakı radiosunun musiqi rəhbəri təyin edilmiş Müslüm Maqomayev efirdə ən yaxşı əsərlərin səsləndirilməsinə çalışır, bəstəkarlara yeni mahnılar və əsərlər sifariş edirdi. Onun təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunmuşdu. Həmin dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı.

Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib.

Bakıda Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır.

# 924 dəfə oxunub

Oxşar xəbərlər

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

16:09 11 may 2026
Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

16:02 11 may 2026
Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

14:40 11 may 2026
"The Beatles"in sonuncu dəfə çıxış etdiyi bina nəhəng sərgi məkanına çevrilir

"The Beatles"in sonuncu dəfə çıxış etdiyi bina nəhəng sərgi məkanına çevrilir

12:56 11 may 2026
Rənglərin imperatoru, impressionistlərin qənimi

Rənglərin imperatoru, impressionistlərin qənimi

11:30 11 may 2026
Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli

Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli

10:20 11 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər