Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başa çatdı

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başa çatdı
29 sentyabr 2023
# 11:30

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10 gün davam edən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı yaddaşlarda silinməz iz qoydu.

Kulis.az xəbər verir ki, festivalın bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

Bağlanış mərasimində almaniyalı dirijor Valentin Egelin rəhbərliyində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə solistlər Chloe Kiffer (violin, Fransa), Henri Demarquette (violonçel, Fransa) Aleksandr Mutuzkin (piano, ABŞ) çıxış etdilər.

Proqramda L.V.Bethoven, K.Debüssi və F.Qarayevin əsərləri səsləndirildi.

15-ci festivalın ən əlamətdar hadisəsi açılış mərasiminin görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında nümayişi oldu.

Xatırladaq ki, dahi Üzeyir bəyin doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.

Beləliklə, ölkəmizin suverenliyinin tam bərpa olunduğu çox əlamətdar bir dönəmdə Üzeyir bəy soraqlı daha bir musiqi bayramı tarixə qovuşdu.

# 2334 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər