Uşaqların Müdafiə günü ilə əlaqədar tədbir keçirildi – Fotolar

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi

1 iyun 2022
# 14:00

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində 1 İyun Uşaqların Ümumdünya Müdafiə günü münasibəti ilə şəhid övladları üçün tədbir təşkil edib.

Kulis.az xəbər verir ki, tədbir şagirdlərin vətənpərvər şüarlardan ibarət xor çıxışı ilə başlayıb.

"Qarabağda uşaqlıq" adlı tamaşanın nümayişindən sonra şagirdlər şeirlər səsləndirib və piano müşayiəti ilə mahnı oxuyublar. Daha sonra "Tarix dərsi" tamaşası, Vətən Müharibəsi qurbanları ilə bağlı video-çarxlar, kliplər göstərilib, şəhidlərin xatirəsi anılıb.

Şəhid övladlarının çıxışları və 44 günlük müharibədən bəhs edən tamaşanın ardınca himn səsləndirilib.

Tədbir Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlunun çıxışı ilə yekunlaşıb.

# 2412 dəfə oxunub

Oxşar xəbərlər

Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

14:00 25 aprel 2026
“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

12:00 25 aprel 2026
“İlin fotosu”  seçildi

“İlin fotosu” seçildi

11:00 25 aprel 2026
Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

10:45 25 aprel 2026
Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

10:30 25 aprel 2026
"Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı-publisist Günel Anarqızı olub

"Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı-publisist Günel Anarqızı olub

18:40 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər