Uşaq vaxtı ağır xəstəliyə tutuldu, həkimlər ana olmağı qadağan elədi, övladını dünyaya gətirəndə öldü – Maestro Niyazinin təklifini niyə rədd elədi?

Uşaq vaxtı ağır xəstəliyə tutuldu, həkimlər ana olmağı qadağan elədi, övladını dünyaya gətirəndə öldü – Maestro Niyazinin təklifini niyə rədd elədi?
2 iyun 2022
# 12:30

Bu gün mərhum müğənni Xeyransa Məmmədovanın doğum günüdür. Kulis.az bu münasibətlə müğənninin həyatına dair 10 maraqlı faktı təqdim edir.

Xeyransa Məmmədova 1966-cı ilin 26 noyabrında kasıb bir ailənin 9-cu övladı olaraq dünyaya gəlib.

***

Uşaq vaxtı həyətlərində oynayanda qəfil üstünə it cumur. Xeyransa keçirtdiyi qorxunun təsirindən şəkər xəstəliyinə tutulur.

İlk dəfə böyük səhnəyə 1980-ci ildə, 14 yaşında çıxıb. Lenin sarayında (indiki Heydər Əliyev Sarayı – red.) rəsmi tədbirdə Cahangir Cahangirovun “Ana Kür” mahnısını ifa edir. Tədbirdən sonra Heydər Əliyev səhnə arxasına keçərək balaca qızcığazın kimliyi ilə maraqlanır, xəstəliyini biləndən sonra müalicəsinə göstəriş verir. Bu hadisə Xeyransaya daha da məşhurluq gətirir.

***

Xeyransa Məmmədova dörd il dalbadal “Oxu tar...” müsabiqəsinin, məktəblilərin Zaqafqaziya festivalının laureatı olub.

O, “Ana Kür” mahnısını ifa edəndən sonra hər dəfə o qədər alqışlanırdı ki, hətta Xalq artistləri onu qısqanırdı.

***

Maestro Niyazi onu övladlığa götürmək istəyib. Xeyransa Məmmədova maestronun təklifinə bu cür cavab verib: “Mən sizi çox sevirəm, amma evimiz üçün darıxaram axı”.

Boş vaxtlarında pianoda, qarmonda, nağarada müxtəlif mahnıların oynaq ritmlərini çalmağı xoşlayırdı.

***

O, “Azkonsert”də sürücü işləyən gənclə ailə həyatı qurmuşdu. Onların övladları olmamışdı. Həkimlər Xeyransa Məmmədovaya övlad dünyaya gətirməsinə qətiyyən icazə vermirdilər.

Son müsahibəsində Xeyransa xanım deyir:

“Görəsən, qorxulu yuxularıma nə vaxt son qoyulacaq. Elə hey şirin yuxu görmək istəyirəm. Ancaq qorxulu, dəhşətli yuxular görürəm... Çox yox, kaş 50 il yaşayaydım, planlarımı həyata keçirə biləydim. İstəyirəm ki, əvvəli xoşbəxtlik, uğur olan sənət addımım bədbəxt sonluqla bitməsin”.

***

Həkimlərin qadağalarına rəğmən beş dəfə hamilə qalan müğənni hamiləliyini sonlandıra bilmir. Uşaqlar tələf olur. 1995-ci ildə 5-ci dəfə övlad dünyaya gətirən Xeyransa Məmmədova doğuş zamanı dünyasını dəyişir.

# 10613 dəfə oxunub

Oxşar xəbərlər

"Üzüklərin hökmdarı"nın  Qandalf və Frodosu geri qayıdır

"Üzüklərin hökmdarı"nın Qandalf və Frodosu geri qayıdır

17:49 18 avqust 2025
İrlandiyalı  yazıçı Fələstin Hərəkatına dəstəyini davam etdirəcəyini açıqladı

İrlandiyalı yazıçı Fələstin Hərəkatına dəstəyini davam etdirəcəyini açıqladı

16:05 18 avqust 2025
Məşhur filmin loqosunun müəllifi 103 yaşında vəfat etdi

Məşhur filmin loqosunun müəllifi 103 yaşında vəfat etdi

15:45 18 avqust 2025
Əsərləri “kağızdan ucaldılmış kafedral” adlandırılan, daim borc içində çabalayan  yazıçı  - Balzak niyə mütəmadi məzarlıqda gəzişirdi?

Əsərləri “kağızdan ucaldılmış kafedral” adlandırılan, daim borc içində çabalayan yazıçı - Balzak niyə mütəmadi məzarlıqda gəzişirdi?

15:00 18 avqust 2025
"Sən gedəndən anam..." - Nuran Yaqub

"Sən gedəndən anam..." - Nuran Yaqub

14:50 18 avqust 2025
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək

14:32 18 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər