Uşaq Kitabxanasında “Ümumdünya Uşaq İxtiraçılar Günü” qeyd olundu

Uşaq Kitabxanasında “Ümumdünya Uşaq İxtiraçılar Günü”  qeyd olundu
26 yanvar 2024
# 12:40

Respublika Uşaq Kitabxanasında “Ümumdünya Uşaq İxtiraçılar Günü” qeyd olunub.

Kulis.az xəbər verir ki, 24 yanvar tarixində F.Köçərli adına Respublika uşaq Kitabxanasında Kaspi Liseyinin 2-ci sinif şagirdlərinin iştirakı ilə “17 yanvar - Ümumdünya Uşaq İxtiraçılar Günü” nə həsr olunmuş tədbir baş tutub.

Bu tarix məşhur amerikalı siyasətçi Benjamin Franklinin doğum günü tarixi ilə eyni təyin edilib. Bu Gün gənc ixtiraçıların nailiyyətlərini qeyd etmək və daha çox uşaq və gəncləri yaradıcılığa həvəsləndirmək üçün yaradılıb Gənc ixtiraçıların istedadına həsr olunmuş bu gün uşaqlara, onların fikirlərinə, yaradıcılığına daha çox diqqət ayırmağa sövq edir. Asudə vaxtlarını məktəbdən kənar təhsil müəssisələrində səmərəli keçirən uşaqlar arasında istedadlı ixtiraçı uşaqlar yetişir. Düşüncələri və xəyalları bizimlə müqayisədə qeyri-məhdud olduğu üçün uşaqlar daha asan ixtira edə bilirlər.

Unutmayaq ki, istedad yetişdirilmədikdə yox olur. Uşaqlara elmə sevgi aşılamaq üçün onu erkən yaşda tanıtmaq lazımdır. Buna nail olmaq üçün elmi uşaqlara sevdirməli, ixtiranı populyarlaşdırmalıyıq.

# 2717 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər