Uşaq İncəsənət Festivalının ikinci seçim mərhələsi başlandı

Uşaq İncəsənət Festivalının ikinci seçim mərhələsi başlandı
6 avqust 2025
# 10:25

Bakıda uşaq və yeniyetmələrin yaradıcılıq potensialını üzə çıxarmaq və dəstəkləmək məqsədilə təşkil olunan Uşaq İncəsənət Festivalı çərçivəsində ikinci seçim mərhələsi başlanıb.

Kulis.az xəbər verir ki, festivalda fərdi iştirakçılar üzrə ümumilikdə 21 min 559 nəfər qeydiyyatdan keçib. Onlardan 16 min 117 nəfəri birinci mərhələdə iştirak edib, 8 min 596 nəfəri isə növbəti mərhələyə keçib.

Kollektiv iştirakçılar üzrə qeydiyyatdan keçmiş 294 kollektivdən 215-i (ümumilikdə 3 032 uşaq) ikinci mərhələyə vəsiqə qazanıb.

İkinci mərhələ zamanı iştirakçılar üçün yaradıcılıq fəaliyyətləri, ustad dərsləri, tematik tədbirlər və kiçik festivallar təşkil olunacaq. Bu, seçim prosesini eyni zamanda inkişaf və motivasiya mühitinə çevirməyi hədəfləyir.

Qeyd edək ki, ikinci seçim mərhələsi 2025-ci ilin sentyabr ayının əvvəlinədək davam edəcək.

# 1445 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər