Unikal tapıntı: Antik oyun lövhəsi aşkarlandı

Unikal tapıntı:  Antik oyun lövhəsi aşkarlandı
30 dekabr 2025
# 16:00

Arxeoloqlar Qvatemalada yerləşən qədim Maya şəhəri Naaxtunda mozaikalı masa oyununun qalıqlarını aşkar ediblər.

Kulis.az xəbər verir ki, tapıntı qədim dövrlərdə oynanan oyunlar haqqında yeni və mühüm məlumatlar verir.

Söhbət Patolli adlı oyundan gedir. Bu oyun Azteklər və onlardan əvvəlki Mezoamerika mədəniyyətlərində oynanılan “ludo” tipli ən qədim strateji masa oyunlarından biri hesab olunur.

Xaç formasında olan və 52 xanadan ibarət taxtada oynanılan oyunda hər oyunçu dörd və ya altı daşdan istifadə edir. Məqsəd daşları başlanğıc nöqtəsindən çıxarıb bütün taxtanı dövr etdikdən sonra yenidən geri qaytarmaqdır. Bunu ilk bacaran oyunu qazanır. Daşların nə qədər irəliləyəcəyini isə bir üzü işarələnmiş patol lobyaları müəyyən edir. Beş lobya eyni anda atılır və işarəli lobya sayı qədər xanada irəliləyiş edilir.

Patolli oyununun qədim Maya cəmiyyətlərində də oynanıldığı məlum idi, lakin bu dövrə aid oyun qaydaları indiyə qədər dəqiq bilinmirdi. Naachtun şəhərində aparılan son qazıntılar bu qeyri-müəyyənliyə işıq salır.

Qazıntılar zamanı yerə həkk olunmuş “oyun taxtası” aşkar edilib. Taxtanın bəzi hissələri zədələndiyindən onun ümumi quruluşu ehtimallar əsasında bərpa olunub.

# 1503 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər