"Ümid dayanacağı" təqdim olundu

"Ümid dayanacağı"  təqdim olundu
27 oktyabr 2023
# 18:20

Oktyabrın 26-da Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi Ələkbər Muradovun 75 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunub.

Kulis.az xəbər verir ki, yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Ələkbər Muradovun kino və televiziya yaradıcılığı haqqında ətraflı məlumat verib.

Sonra rejissor Murad Muradovun yubilyara həsr edilmiş “Ümid dayanacağında” sənədli filmi ilk dəfə nümayiş olunub..

“Ümid dayanacağında” sənədli filmi Əməkdar incəsənət xadimi, fotoqraf, rəssam, təsvir rejissoru, kinorejissor Ələkbər Muradovun həyat və yaradıcılığından bəhs edir. Filmin yaradıcı heyəti rejissorun həyat mərhələlərini arxiv materialları, bədii səhnələr və müsahiblərin xatirələri vasitəsilə tamaşaçılara çatdırırlar. Filmdə Ələkbər Muradovun “Qırmızı şarla vidalaşma…” adlı kitabından, “Azərbaycanfilm”in istehsalı olan filmlərdən fraqmentlərdən və Ə.Muradovun 2001-ci ildə çəkilmiş müsahibəsindən (Lider TV, “Kinoman” verilişi) istifadə olunub. Bu müsahibədə Ə.Muradovun öz həyatı, filmləri və sənətə baxışı haqqında fikirləri yer alır.

Filmin rejissoru Murad Muradov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Soltan Abdullayev, montaj rejissoru Anar Bəxtiyaroğludur. Filmin kadrarxası mətnini Vüsal Murtuzəliyev səsləndirib. Filmdə Ələkbər Muradovun uşaqlığını onun nəvəsi Cavad Muradov canlandırıb.

“Ümid dayanacağında” filmi Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə ərsəyə gəlib.

# 1746 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

18:46 28 iyul 2026
Elşad Xose  psixiatriya xəstəxanasına yerləşdirildi

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi

16:48 28 iyul 2026
Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

16:33 28 iyul 2026
 "Bəyaz durnalar"  kitabı işıq üzü gördü

"Bəyaz durnalar" kitabı işıq üzü gördü

15:33 28 iyul 2026
Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

15:00 28 iyul 2026
Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

14:00 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər