Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto
7 dekabr 2024
# 21:49

“Kulis.az” saytının baş redaktoru, Prezident mükafatı laureatı, şair, yazıçı Ulucay Akifin "Adını unutduğum qadınlar" kitabının təqdimatı və imza günü olub.

Kulis.az xəbər verir ki, Libraff-ın “Park Akademiya” filialında təşkil edilən təqdimat şeir gecəsi formatında keçirilib.

Şeir gecəsində Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Ulucay Akifin yaradıcılığı və ədəbi obrazı barədə söhbət açıb. Onun bu yaşda geniş oxucu kütləsi tərəfindən qəbul edilməsini təqdirəlayiq hal hesab edən Rəşad Məcid Ulucay Akifin qazandığı uğurlar, xüsusən, Prezident mükafatına layiq görülməsini qeyd edib, uğurlarının davamlı olmasını arzu edib.

Azərbaycan Yazıçılar birliyinin katibi, tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu isə çıxışında gənc şairlərə tövsiyələrini dilə gətirib, müasir poeziyanın problemlərindən söhbət açıb. Müasir dünya poeziyası ilə paralellər aparan Səlim Babullaoğlu Azərbaycanda da istedadlı gənclərin olduğunu vurğulayıb. Bu kontekstdə Ulucay Akifin şeirləri barədə fikirlərini bölüşən Səlim Babullaoğlu müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, “525-ci qəzet”in baş redaktor müavini, tərcüməçi, esseist Seyfəddin Hüseynli müasir ədəbi mənzərə haqqında fikirlərini bölüşüb, bədii fikir tariximizin bugünkü tendensiyalarından bəhs edib. Hazırki prosesdən Ulucay Akifin rolu barədə danışan Seyfəddin Hüseynli onun yaradıcılıq axtarışları, gənclik emosiyalarından doğan kreativ və çoxrəngli reaksiyalarından söhbət açıb.

“Azərbaycan” jurnalının Poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə Ulucay Akifin poetik nümunələrinin bədii məziyyətləri barədə çıxış edib, şeirlərindəki bədii təsvir və ifadə vasitələri, forma və məzmun, ovqat və təxəyyül məsələlərini təhlil edib.

Tədbirdə aktrisa Sabirə Abdullayevanın və şairin öz qiraətində şeirlər dinlənilib.

Qeyd edək ki, "Adını unutduğum qadınlar" kitabında müəllifin son illərdə yazdığı şeirlər toplanılıb.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər