Ulu Öndərin İstanbuldakı abidəsi ziyarət olundu

Ulu Öndərin İstanbuldakı abidəsi ziyarət olundu
12 dekabr 2023
# 15:20

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.

Kulis.az xəbər verir ki, APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimizin, Sarıyer bələdiyyəsinin, konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün türk dünyasının əvəzedilməz dahi bir şəxsiyyəti olduğunu deyib.

“Ulu öndər Heydər Əliyevin Azərbaycanın ən çətin dövründə atdığı addımlar bugünkü güclü Azərbaycanın əsas təməlləridir” - deyə konsul bildirib.

Şükrü Genç ümummilli lider Heydər Əliyevin türk birliyi adına ayrı bir yeri olduğunu qeyd edib.

Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.

Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.

# 1687 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər