“Ulduz” və “Genç yürekler”: iki dərgi, bir ədəbiyyat

“Ulduz” və “Genç yürekler”: iki dərgi, bir ədəbiyyat
28 yanvar 2025
# 09:15

Azərbaycan Yazıçılar Birliyində (AYB) Türkiyənin "Gənc ürəklər" (“Genç yürekler”) jurnalının Azərbaycan ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə "Gənc ürəklər" jurnalının şöbə müdiri Cem Arslan da iştirak edib. AYB sədri, Xalq yazıçısı Anar qonağı və tədbir iştirakçılarını salamlayıb və nəşr barədə düşüncələrini bölüşüb. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Bildirib ki, layihə çərçivəsində "Ulduz" jurnalının sentyabr buraxılışı "Gənc ürəklər" jurnalının təşəbbüsü ilə Türkiyə ədəbiyyatına həsr edilib. Qarşılıqlı əməkdaşlıq nəticəsində "Gənc ürəklər" jurnalının dekabr-yanvar-fevral sayında da "Ulduz" jurnalının təqdimatı ilə Azərbaycan ədəbiyyatına yer ayrılıb. Jurnalların may ayında təşkil ediləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təqdimatının keçiriləcəyini bildirən Qulu Ağsəs, bu layihəni başqa türksoylu ölkələrlə həyata keçirmək üçün danışıqlar apardıqlarını da diqqətə çatdırıb.

"Gənc ürəklər"in şöbə müdiri Cem Arslan Azərbaycan dilinə, ədəbiyyatına sonsuz məhəbbətini ifadə edib. Əsərlərin Türkiyə türkcəsinə uyğunlaşdırılmadığını bildirən Cem Arslan, türkiyəli oxucuların Azərbaycan türkcəsində nəşr edilmiş əsərləri maraqla qarşıladığını vurğulayıb.

Çıxış edən Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq yazıçısı Çingiz Abdullayev, sədr müavini Rəşad Məcid, katib Elçin Hüseynbəyli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Seyran Səxavət, şair Rəsmiyyə Sabir layihə haqqında müsbət fikirlərini bildirərək, belə nəşrlərin davamlılığının vacibliyini söyləyiblər.

AYB sədri Anar hər iki jurnalın kollektivinə, layihədə əməyi olanlara minnətdarlığını bildirib. "Ulduz" jurnalının da əsərləri Türkiyə türkcəsində dərc etdiyini deyən Xalq yazıçısı, bunu yüksək qiymətləndirdiyini vurğulayıb, növbəti layihələrdə daha çox gənc imzaların çap olunmasını tövsiyə edib.

# 1833 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər