Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi
2 may 2026
# 20:47

Türkiyənin məşhur ali təhsil ocaqlarından olan Mərmərə Universitetində zaman-zaman Azərbaycan ziyalıları ilə görüşlər, Azərbaycanla bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Bu görüşlərin biri də Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşarla baş tutub.

Kulis.az xəbər verir ki, Mərmərə Universiteti İnsan və Cəmiyyət Elmləri Fakültəsinin Türk Dili və Ədəbiyyatı Bölümünün Yeni Türk Ədəbiyyatı kafedrası tərəfindən təşkil edilən “Türk Dünyasında Yeni Nəslin Ədəbi və Mədəni Əlaqələri” adlı görüşdə universitetin professor-müəllim heyətindən Prof. Dr. Mehmet Aça (Marmara Üniversitesi, İnsan və Cəmiyyət Elmləri Fakültəsi, Türk Dili və Ədəbiyyatı Bölümünün müdiri), Prof. Dr. Bâki Asiltürk (Marmara Üniversitesi, Türk Dili və Ədəbiyyatı Bölümü, Yeni Türk Ədəbiyyatı Anabilim Dalının müdiri), Dos. Dr. Mehdi Genceli(Marmara Üniversitesi, Türk Dili və Ədəbiyyatı Bölümü, müəllim üzvü) və tələbələr iştirak edib.

Görüşdə İntiqam Yaşar Türk dünyasının yeni nəsil yazarları arasında ədəbi əlaqələrin mövcud durumu, Dünya Gənc Türk Yazarlar Birliyinin Türk dünyasını əhatə edən layihələrindən bəhs edib.

Diskusiyya şəraitində keçirilən görüşdə qonaq auditoriyanın suallarını cavablandırıb və şeirlərini oxuyub.

Tədbirin sonunda İntiqam Yaşara Mərmərə Universitetinin diplomu təqdim olunub və kollektiv foto çəkilib.

# 1515 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər