Türkiyədə Rəşad Məcidin “Şuşa dəftəri” şeirlər kitabı çap olundu

Türkiyədə Rəşad Məcidin “Şuşa dəftəri”  şeirlər kitabı çap olundu
2 oktyabr 2024
# 10:21

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar Mədəniyyət işçisi, şair-publisist Rəşad Məcidin Türkiyədə “Şuşa dəftəri” adlı şeirlər kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitabda müəllifin “Şuşa dəftəri” başlığı altında Şuşa şəhərini tərənnüm edən silsilə şeirləri ilə yanaşı, müxtəlif illərdə qələmə aldığı poetik nümunələr yer alıb.

Türk Ədəbiyyatı Vəqfinin nəşr etdirdiyi “Şuşa dəftəri” kitabında yer alan şeirləri Azərbaycan dilindən Türkiyə türkcəsinə “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar uyğunlaşdırıb. Kitabın korrektoru isə “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət Örməci və Enver Uğur Aykoldur.

İmdat Avşar kitabın ön sözündə qeyd edib ki, Rəşad Məcidin bu kitabda yer alan və “Şuşa Dəftəri” başlığı ilə yazdığı şeirləri onun otuz il sonra vətən toprağı ilə qovuşmağının tərənnümündən ibarətdir: “Rəşad Məcid vətən toprağına qovuşduğu üçün xoşbəxtdir. Çünki, onun poetikasında o topraqlar heç dəyişmədən əsl sahiblərini gözləyən sadiq bir sevgilidir. “Mənim sadiq yarım qara topraqdır” deyərək əbədi gerçəyi dilə gətirən Aşıq Veysəl kimi Rəşad Məcid də bu vəfa və sədaqət qarşısında heyranlığını gizlədə bilmir. Öldüyümüz zaman belə bizi bağrına basan vətən toprağıyla görüşdüyünə, toprağın vəfasına görə özünü xoşbəxt sayır”.

Qeyd edək ki, “Şuşa dəftəri” Rəşad Məcidin Türkiyədə çıxan dördüncü kitabıdır. Daha əvvəl onun Türkiyədə “Bir daha gəlməyəcək (Şeirlər)”, “Dəlicəsinə” (Esselər), “Qələmsiz Yazılanlar” (Sosial media ədəbiyyatı) adlı kitabları çap olunub.

# 2176 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər