Türkiyə Yazarlar Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında memorandum imzalandı

Türkiyə Yazarlar Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında memorandum imzalandı
16 dekabr 2025
# 16:49

Türkiyə Yazarlar Birliyi (TYB) ilə Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) gənclər arasında mədəni və ədəbi fəaliyyətlərin genişləndirilməsi məqsədilə işbirliyi memorandumu imzalanıb.

Kulis.az xəbər verir ki, memorandumu TYB-nin Başqanı Prof.Dr. Musa Kazım Arıcan və DGTYB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıb.

Bu əhatəli sənəd tərəflər arasında mədəni, elmi və ədəbi sahələrdə geniş işbirliyini nəzərdə tutur.

Sənədin əsas maddələri bunları əhatə edir:

– Mədəni, elmi və ədəbi araşdırmaların aparılması;

– Ortaq layihələrin həyata keçirilməsi və birgə nəşrlərin hazırlanması;

– Uyğun sahələr üzrə təlimlərin, müzakirələrin, seminarların və digər tədbirlərin təşkili;

– Mədəniyyət, elm və ədəbiyyat sahələrində bilik və təcrübə mübadiləsi;

– Metodik fəaliyyətlərin paylaşılması və qarşılıqlı dəstəyin göstərilməsi;

– Tərəflər arasında ictimaiyyətlə əlaqələr və informasiya mübadiləsinin qarşılıqlı şəkildə dəstəklənməsi.

Memorandum barədə fikirlərini bölüşən TYB Başqanı Arıcan Türk dünyası gənclərinin bir-birini daha yaxşı anlamasında və işbirliyinin inkişaf etdirməsində mədəniyyət, sənət və ədəbiyyatın önəmli rol oynadığını vurğulayıb.

Musa Kazım Arıcan xüsusilə mədəniyyət, elm və ədəbiyyat sahələrində bilik və təcrübə paylaşımının önəminə diqqət çəkərək, bu prosesin səmərəli təlimlərlə dəstəklənməsinin vacibliyini vurğulayıb.

DGTYB başqan İntiqam Yaşar isə öz dəyərləndirməsində Türkiyədə 50 ildən artıqdır ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən köklü bir qurumla işbirliyi qurmağın onlar üçün həm dəyərli, həm də məsuliyyətli bir addım olduğunu bildirib.

# 1238 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər