Türkiyə Dövlət teatrlarının rəhbəri Milli Dram Teatrında

Türkiyə Dövlət teatrlarının rəhbəri Milli Dram Teatrında
19 dekabr 2022
# 15:30

Türkiyə Dövlət Teatrlarının baş müdiri Mustafa Kurt öləmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.

Kulis.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, qonağı rəhbərlik etdiyi teatrda görməkdən məmnun olduğunu deyən sənət ocağının bədii rəhbər-direktoru Azər Paşa Nemətov mədəniyyət sahəsində, teatr sənəti istiqamətində iki qardaş ölkə arasında olan səmərəli əməkdaşlıqdan danışıb, münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd olunub ki, təşkil olunan müxtəlif festivallar, ustad dərsləri və seminarlar səhnə fəaliyyəti ilə məşğul olan teatr xadimlərinin peşəkarlığının artmasına xidmət edir.

Görüşdə, həmçinin qeyd olunub ki, Akademik Milli Dram Teatrı mayın 5-9-da Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edib və səhnə əsəri böyük uğurla təqdim olunub. Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirib.

Türkiyə Dövlət Teatrlarının baş müdiri Mustafa Kurt səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, Akademik Milli Dram Teatrının yaradıcı və texniki imkanlarını yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, Türkiyə dövlət teatrları Akademik Milli Dram Teatrının Türkiyənin müxtəlif şəhərlərinə qastrol səfərinə, eyni zamanda beynəlxalq festivallarda iştirakında maraqlıdır. Bu, əməkdaşlığın gələcək perspektivləri, yaradıcı əlaqələrin güclənməsi üçün müsbət zəmin hazırlayacaq.

Sonra Mustafa Kurt teatrın səhnəsində nümayiş olunan “Ah, bu uzun sevda yolu” tamaşasına baxıb.

# 1897 dəfə oxunub

Oxşar xəbərlər

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

17:37 27 aprel 2026
Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

17:00 27 aprel 2026
“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər