TikTok yaradıcılarından kitab tövsiyələri: Bu yay ən çox oxunan hansı kitablar oldu?

TikTok yaradıcılarından kitab tövsiyələri:  Bu yay ən çox oxunan hansı kitablar oldu?
29 avqust 2024
# 16:10

Yay fəsli kitab oxumaq üçün ən gözəl fürsətdir: Tətil günləri təbiət qoynunda ən sevdiyiniz əsər və siz! Bundan zövqlü və hüzurlu istirahət ola bilərmi?! Qısa videolar yaratmaq və izləmək üçün aparıcı platforma olan TikTok, eyni zamanda faydalı məzmunları ilə də seçilir. TikTok yaradıcıları yay tətili günlərində trend olan, oxunması şiddətlə tövsiyə edilən əsərlərlə bağlı da məzmunlar hazırladılar.

Kulis.az onlardan bir neçəsini təqdim edir.

Sherqiyya

Şərqiyyə adlı gənc psixoloq geniş mütaliyə ilə məşğuldur və oxuduqlarını TikTok izləyiciləri ilə də bölüşür. Bu yay ərzində tövsiyə etdiyi kitablar arasında Varis Dirie adlı müəllifin “Səhra çiçəyi” var idi. Əsər müəllifi öz başına gələnləri, yəni səhra köçərisinin qeyri-adi və olduqca çətin, ağır həyat yolundan bəhs edir. O qədər təsirli əsərdir ki, oxuduqdan sonra oxucu uzun zaman hadisələrin təsirindən çıxa bilmir...
Şərqiyyənin tövsiyə etdiyi digər kitab, müəllifi Aleksandra Kavelius olan “Leyla” əsəridir. On altı yaşlı Leyla Bosniyada başlayan amansız müharibənin qurbanı olur, iki il ərzində əsir düşərgəsində qalaraq ağlagəlməz işgəncələrə məruz qalır. Əsər
I Qarabağ müharibəsindəki hadisələrlə oxşar olduğu üçün bizə ikiqat ağır təsir bağışlayır.
Gənc xanımın tövsiyə etdiyi növbəti kitab isə Pərinuş Səniinin “Mənim payım” kitabıdır. Avtobioqrafik romanda İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və təbii şəkildə təsvir olunub.


Booklanndd

“Kitab, tək ölümsüzlükdür” şüarı ilə faydalı məzmunları olan “Booklanndd” adlı TikTok yaradıcısı həm müasir, həm də klassik ədəbiyyatdan nümunələr paylaşaraq, izləyiciləri mütaliəyə həvəsləndirir.
“Booklanndd”ın tövsiyə etdiyi əsərlər arasında tarixi motivlər əsasında yazılmış, klassik ədəbiyyatımızın ən yaxşı nümunələrindən olan Y.V.Çəmənzəminlinin “Qan içində”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, İsmayıl Şıxlı “Ölən dünyam” və memuar janrında “Mirzə Ələkbər Sabir haqqında xatirələr” əsərləri yer alır.

Kitabyurdu - kitab mağazası

TikTok platformasında faydalı kitab tövsiyələri ilə seçilən yaradıcılardan biri də “Kitab yurdu”dur. Burada izləyicilərə oxumaq üçün müxtəlif janrda və müxtəlif mövzularda faydalı əsər tövsiyələrinə geniş məzmun həsr olunub.
Yay tətili günlərində birnəfəsə oxuyub bitirəcəyiniz, TikTok platformasında 5 milyon baxış alan və ailədə baş verən qarışıq hadisələrdən bəhs edən Kolin Huverin “Hər şey bizimlə bitəcək” kitabıdır. Qanlı-qadalı Kabildə, dörd kiçik otaqdan ibarət mənzildə iki arvadı, beş uşağı və digər qohumları ilə birgə yaşayan Sultan Xanın ailəsinin porteti olan Osne Severştadın “Kabildə bir kitabçı” həyəcanla qısa zamanda oxuyub bitirəcəyiniz ən təsirli əsərlərdən olacaq. Yaradıcı həmçinin dünya ədəbiyyatından ən çox oxunan 5 əsəri də izləyicilərinə təqdim edib: Albert Camus “Yad”, Paulo Coelho “On bir dəqiqə”, Dino Bussatı “Tatar çölü”, Antoni Börcess “Mexaniki portağal”, Ketrin Stokett “Qulluqçu”

Siz də TikTok-da trend olan bu məşhur kitabları əldə edib oxumağa, dünyagörüşünüzü və şəxsi inkişafınızı daha da zənginləşdirməyə tələsin!

# 419 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #