Teleradio Şurasının müşavirinin məhkəməsi başladı: 200 minlik dələduzluq

Teleradio Şurasının müşavirinin məhkəməsi başladı: 200 minlik dələduzluq
7 noyabr 2025
# 14:27

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Televiziya və Radio Şurası sədrinin sabiq müşaviri, Bakıda 3 nəfərin külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Ramin Quliyevin məhkəmə araşdırması başlayıb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilən şəxsə ittiham aktinı elan edib.

Təqsirləndirilən Ramin Quliyev ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

İttiham aktına görə, Ramin Quliyev Qarabağ ərazisində tikinti materialları satmaq adı ilə paytaxt sakini və yaxin münasibətdə olduğu Aynurə Vəliyevadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ümümilikdə 110 min manat alaraq mənimsəyib.

Ramin Quliyevdən zərər görən digər şəxs isə paytaxt sakini Vüqar Qasımov olub. O, əmlak məsələləri ilə bağlı zərərçəkənin 15 min manatını ələ keçirərək verdiyi vədə əməl etməyib.

Təqsirləndirilənin etibarından sui-istifadə etdiyi digər zərərçəkən isə Aybəniz Adullayevadır. İttihamda bildirilir ki, Ramin Quliyev Aybəniz Abdullayevanı da eyni üsulla, yəni tikinti materialları alaraq Qarabağda satıb qazanc əldə etmək adı ilə 76 min manatını mənimsəyib.

Məhkəmə növbəti prosesin 12 dekabra təyin olunduğunu elan edib.

Xatırladaq ki, R. Quliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ramin Quliyev ifadəsi zamanı əvvəllər Milli Televiziya və Radio Şurasında müşavir vəzifəsində çalışdığını deyib.

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər