Tatar mətbəxi festivalı keçirildi

Tatar mətbəxi  festivalı keçirildi
4 mart 2024
# 17:00

Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi nümayəndəliyində Tatar Mətbəxi Festivalı keçirilib.

Daimi nümayəndəliyin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə baş tutan tədbirin təşkilatçıları qismində “Kayım Nasıri İnstitutu” Təhsil-Mədəniyyət Mərkəzi, “Al kalfak”, “Tuqan tel”, “Tatarıstan” ictimai təşkilatları, Azərbaycanın Tatar İcması çıxış ediblər.

Kulis.az xəbər verir ki, tədbirin əvvəlində Bakıda fəaliyyət göstərən “Kayım Nasıri İnstitutu” Təhsil-Mədəniyyət Mərkəzinin rəhbəri Elmira Yusifli və Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov giriş nitqi söyləyiblər. Onlar hər il fevralın 28-də dünya miqyasında qeyd edilən Ümumdünya Tatar Mətbəxi Günü, məharətli kulinar və tatar reseptlərinin kolleksiyaçısı Yunus Axmetzyanov haqqında məlumat veriblər, habelə tatarların kulinariya sənətinin mənşəyi və ənənələrindən bəhs ediblər.

Festival zamanı tatar kulinariyası müsabiqəsi də keçirilib. Bu tədbirdə müxtəlif xalqların təmsilçiləri – tatarlar, azərbaycanlılar, ruslar iştirak ediblər. Müsabiqənin nəticələrini 8 tanınmış aşpazdan ibarət münsiflər heyəti qiymətləndirib.

Kulinariya yarışının nəticələrinə görə, Ənvər Amal Axmadulin Qran-Priyə layiq görülüb. Onun hazırladığı “Smetannik” piroqunun dadı və tərtibatı münsiflər heyətini valeh edib.

Birinci yeri “Ak kalfak” cəmiyyətinin sədri Saniyə Almyaşeva (rəngli qızılgüllər şəklində çalı ağacı), Səidə Qadılşina (xüsusi reseptə uyğun olaraq şokoladdan hazırlanmış top) və Mariya Temirbulatova (üçqatlı piroq) bölüşüblər.

Firuzə Yenaliyeva ikinci yeri tutub. O, kəsmikli piroq hazırlayıb.

Üçüncü yeri “Tuqan tel” tatar cəmiyyətinin veteranı Raisa Abdikeyeva (“köpək ağacı” şirniyyatı) qazanıb.

Qalan müsabiqə iştirakçıları müxtəlif nominasiyalar üzrə həvəsləndirici diplom və hədiyyələrlə təltif olunublar.

Festival yaradıcı kollektivlərin konserti, ustad dərsləri və birgə çay süfrəsi ilə davam edib.

Salonda hər kəs bal, qaraqınıq, zefir və quru meyvələrlə bəzədilmiş tatar çay süfrəsinə qonaq ola, həmçinin təzə çak-çak, şirniyyat və Kazandan gətirilmiş kazı (at ətinin quru kolbasası) ilə sendviçlərin dadına baxa bilib.

Tatar diasporunun gənc nümayəndəsi Raul Yusifli qonaqlar üçün çay süfrəsi açıb. O, təqdim olunan yeməklərdən, tatar çay məclisi adətlərindən danışıb.

Festivalda, həmçinin tatar məişətindən nümunələrin əks olunduğu fotosərgi, milli mədəniyyət sərgisi, əl işlərinin satış yarmarkası təşkil olunub.

Parlaq mədəniyyət tədbiri səmimi və mehriban şəraitdə keçib, bakılılara tatarların kulinariya sənətinə bələd olmaq, tatar xalqının adət-ənənələri ilə tanışlıq sevinci bəxş edib.

# 1977 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər