Tarixi-mədəni abidələrlə bağlı mobil tətbiq hazırlanır

Tarixi-mədəni abidələrlə bağlı mobil tətbiq hazırlanır
5 mart 2026
# 17:30

“Gilavar Foto Klubu” İctimai Birliyi “İRS” mobil tətbiqinin hazırlanması layihəsinə başlayıb.

Kulis.az xəbər verir ki, layihə ötən il uğurla icra edilmiş “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsinin davamı olaraq həyata keçirilir.

Yeni mərhələdə məqsəd yaradılmış rəqəmsal bazanın funksional imkanlarını genişləndirmək, məlumatları mobil mühitə daşımaq və Azərbaycanın tarixi, mədəni və arxeoloji irsini daha əlçatan formada təqdim etməkdir.

Layihə rəhbəri Rəşad Mehdiyevin sözlərinə görə, mədəni irsin qorunması və təbliğində rəqəmsal həllərin rolu günbəgün artır: “Ötən il ərzində formalaşdırılmış platforma mədəni irs obyektlərinin sistemləşdirilməsi baxımından mühüm addım oldu. Bu il isə həmin işin davamı olaraq mobil tətbiqin hazırlanması nəzərdə tutulur. Məqsədimiz məlumat bazasını daha geniş auditoriya üçün əlçatan etmək və istifadəçilərə interaktiv imkanlar təqdim etməkdir”.

Layihə çərçivəsində Azərbaycanın qərb rayonlarına ekspedisiyalar təşkil olunacaq. Səfərlər zamanı bölgələrdə yerləşən tarixi, mədəni və arxeoloji abidələrin peşəkar fotoçəkilişi aparılacaq, materiallar arxivləşdiriləcək və vahid sistemə daxil ediləcək. Toplanacaq materialların yalnız arxivləşdirilməsi deyil, eyni zamanda daxili turizmin təşviqi və maarifləndirici marşrutların formalaşdırılması baxımından istifadəsi nəzərdə tutulur. Mobil tətbiq həm yerli istifadəçilər, həm də tədqiqatçılar və turistlər üçün məlumat mənbəyi rolunu oynayacaq.

Mobil tətbiqdə məkanlar bölgələr üzrə təsnif ediləcək, hər bir obyekt haqqında qısa və dolğun məlumat, yerləşdiyi şəhər və rayon, əhəmiyyətlilik dərəcəsi, inventar nömrəsi və coğrafi koordinatlar təqdim olunacaq. Eyni zamanda fotomateriallar vahid arxiv prinsipi ilə sistemləşdiriləcək.

Gələcək mərhələdə tətbiqin ölkənin digər regionlarını da əhatə etməsi, yeni məkanların əlavə olunması və məlumat bazasının genişləndirilməsi nəzərdə tutulur.

Layihənin yekununda “İRS” mobil tətbiqinin ictimaiyyətə təqdimatı keçiriləcək.

Qeyd edək ki, “İRS” mobil tətbiqinin hazırlanması layihəsi Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi çərçivəsində icra olunur. Layihə Azərbaycanın mədəni irsinin rəqəmsal yaddaşının formalaşdırılmasına, milli-mədəni dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

# 1240 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər