Tanrının yerində olmaq istəmərəm... - Şopenhauerdən aforizmlər

Artur Şopenhauer, filosof

Artur Şopenhauer, filosof

27 iyun 2022
# 21:00

Kulis.az filosof Artur Şopenhauerin fikirlərini təqdim edir.

Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.

Evlənmək, hüquqları ikiyə bölmək və vəzifələrini isə ikiyə vurmaq deməkdir.

Əhəmiyyət verməmək əhəmiyyət verilməyə gətirib çıxarır.

Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim.

Həyatın ilk əlli ili hadisə, geridə qalanı isə şərhdir.

Hər kəs özündə əskik olanı sevər.

İki ayaqlı heyvanların sıradan söhbətləri qədər sonsuz və sıxıcı bir söhbəti davam etdirməkdənsə, heç danışmamaq daha yaxşıdır.

İnkişafımız üçün təkcə aynaya ehtiyacımız var.

İnsan təbii ki istədiyini edə bilər, amma istədiyini istəyə bilməz.

Məntiqlə böyüdülməyən şey məntiqlə idarə oluna bilməz.

Mərhəmət əxlaqın təməlidir.

Bacardığım qədər az şey diləmək və çox şey öyrənmək istəyirəm.

Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey heç nədir.

Şükür ki, yüz axmaq bir araya gəlsə də bir ağıllıya bərabər ola bilmirlər.

Tale kartları qarışdırır, biz də oynayırıq.

Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən, susuzluğun bir o qədər artar.

Ağlım mənə deyil, dünyaya aiddir.

Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyüllə mükəmməl bir əyləncəyə malikdir.

Bu dünyanı Tanrı yaradıbsa, onun yerində olmaq istəmərəm. Çünki, dünyanın səfaləti ürəyimi parçalayar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "Bu qədər bədbəxtliyi və kədəri ortaya çıxarmaq üçün, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?"

# 7721 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər