Tamer Karadağlı Şahan Gökbakarı məhkəməyə verəcək

Tamer Karadağlı Şahan Gökbakarı məhkəməyə verəcək
2 aprel 2024
# 16:30

Türkiyəli aktyor Tamer Karadağlı komediyaçı Şahan Gökbakarı məhkəməyə verəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, Dövlət Teatrlarının baş direktoru olan Karadağlı Antalya Haşim İşcan Mədəniyyət Mərkəzi ilə bağlı paylaşımında binanın baxımsız vəziyyətdə olduğunu deyib.

Bələdiyyənin bu məsələyə baxmamasından şikayətlənən aktyor bunun rüsvayçılıq olduğunu vurğulayıb. Mərkəzin bələdiyyəyə deyil, nazirliyə aid olduğu ortaya çıxdıqdan sonra Gökbakar onun bu səhvi ilə bağlı video çəkib.

Gökbakar evinin bağçasında gəzərkən çəkdiyi görüntülərdə "Mən dövlətin direktoruyam. Bildiyin boyasız taxtadır. Bələdiyyə burada heç nə etməyib. İnanılmazdır. İnsanlar təəccüblənir və mən bunların qarşısında sözün əsl mənasında "babababa" (red. - Karadağlının "Çocuklar Duymasın" serialında səsləndirdiyi məşhur ifadə) demək istəyirəm" deyib.

Karadağlı həm onu, həm də teatrı lağa qoyduğu üçün Gökbakardan şikayətçi olduğunu və məhkəməyə müraciət edəcəyini vurğulayıb.

# 2219 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər