Aqşin Yenisey: "Rahatlıq varsa, yaradıcılıq yoxdur"

Aqşin Yenisey:  "Rahatlıq varsa, yaradıcılıq yoxdur"
4 aprel 2025
# 18:30

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Estetika nədir? İnsanın öz taleyi ilə apardığı savaşın görüntüsü.

Estetika görünməyən düşmənə məğlub olma sənətidir.

Tale ilə savaşdan qalib ayrılan insan ideologiya, din, dövlət yaradır. Estetika bu savaşda məğlub olanın yaratdığıdır.

Taleyə boyun əyib yaşamaq ən yaxşısı deyil, ən rahatıdır.

Rahat olan yaxşı olan demək deyildir.

Rahatlıq varsa, yaradıcılıq yoxdur.

Şair bizə qalibliyin deyil, məğlubluğun gözəlliyindən danışır. Qalib gələndən şair olmaz. Qalib gəlmək sərkərdə işidir.

Sənət məğlubun hüznüdür! Estetika hüzndür. Hətta erotika da pornoqrafiyanın hüznüdür, ona görə estetikdir.

Şair günlük qələbələrin qürurundansa, böyük məğlubiyyətin hüznünü seçən adamdır.

Gözəllik səbəbi bizdən gizlədilən hüznün görüntüsüdür.

Sənət də elə budur: səbəbi bizdən gizlədilən hüznün görüntüsü

# 464 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan qadını azad olan kimi açılıb tökülür - Aqşin Yenisey

Azərbaycan qadını azad olan kimi açılıb tökülür - Aqşin Yenisey

10:45 11 aprel 2025
Dünyanın ən pis adamı - Ömər Xəyyam

Dünyanın ən pis adamı - Ömər Xəyyam

10:36 11 aprel 2025
Məşhur aktyor  dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

10:10 11 aprel 2025
Bakıda “IBRUS HALL”un açılışı oldu

Bakıda “IBRUS HALL”un açılışı oldu

09:22 11 aprel 2025
Müğənni Nuran:  "Kitab oxumuram, səbrim çatmır..." - Müsahibə

Müğənni Nuran: "Kitab oxumuram, səbrim çatmır..." - Müsahibə

09:00 11 aprel 2025
"Karmen"  operası rəsmlərdə

"Karmen" operası rəsmlərdə

19:00 10 aprel 2025
#
#
# # #