Bakıda “IBRUS HALL”un açılışı oldu

Bakıda “IBRUS HALL”un açılışı oldu
11 aprel 2025
# 09:22

Bakıda yazıçı, ssenarist, pedaqoq Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş “IBRUS HALL” yaradıcılıq məkanının açılışı olub. Layihə Dünya Kinosunun 100 İlliyi Fondunun təşəbbüsü ilə həyata keçirilib.

Kulis.az xəbər verir ki, təntənəli açılışda Rüstəm İbrahimbəyovun böyük oğlu Fuad İbrahimbəyov, Dünya Kinosunun 100 İlliyi Fondunun İdarə Heyətinin üzvü, Rüstəm İbrahimovun kiçik oğlu Fərhad İbrahimbəyov, Azərbaycanın Əməkdar artisti, “İbrus” Teatrının aktrisası Mələk Abbaszadə çıxış ediblər. R.İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova da videomüraciət vasitəsilə qonaqları salamlayıb.

“IBRUS HALL”da keçirilən ilk tədbir Azərbaycanın Xalq artisti Məbud Məhərrəmovun yaradıcılıq gecəsi olub. Xalq artisti çıxışı zamanı teatr və kino aktyorunun həyatından füsunkar hekayələri tamaşaçılarla bölüşüb, səhnə yoldaşlarından, işbirliyi qurduğu rejissorlardan danışıb və təbii ki, Rüstəm İbrahimbəyovun şəxsiyyətinə xüsusi diqqət yetirib.

Dünya Kinosunun 100 İlliyi Fondunun direktoru Lalə Əfəndiyeva AZƏRTAC -ın müxbirinə müsahibəsində yeni yaradıcılıq məkanında nəzərdə tutulan tədbirlərdən bəhs edib.

“Bu gün biz “IBRUS HALL”ı açırıq. Biz çox ümid edirik ki, onun divarları arasında şən, işıqlı və çox parlaq yaradıcılıq və sevgi mühiti yarada biləcəyik. Bu damın altında tamaşalar oynanılacaq, şeir və musiqi axşamları, yaradıcılıq görüşləri və film nümayişləri keçiriləcək. Biz “IBRUS HALL”ı Rüstəm müəllimə çox yaxın olan Məbud Məhərrəmovun yaradıcılıq gecəsi ilə eyni gündə açmağa qərar verdik”, - deyə qeyd edib.

Mabud Məhərrəmov çıxışa necə hazırlaşdığından danışıb. “Biz dostum, məşhur dramaturq Vladimir Neverov ilə yaddaşımın arxa küçələrini gəzdik və “Mabudik klubu” adlandırdığımız kiçik bir yaradıcılıq axşamı haqqında düşündük. Dostlarım və tanışlarım tez-tez məni bəzi “mabudizmlər” – nağıllar, hekayələr, teatr, kino haqqında lətifələr eşitmək üçün yaradıcı məclislərə dəvət edirlər. Bu hekayələr yaradıcılıq gecəmin əsasını təşkil etdi. Mən Rüstəm İbrahimbəyovdan da danışdım. O, mənə böyük təsir göstərən mənəvi tərbiyəçimdir. Bu insan bizə yaxın və əzizdir və “IBRUS HALL”u onun xatirəsinə açırıq”, - deyə Xalq artisti vurğulayıb.

# 1860 dəfə oxunub

Oxşar xəbərlər

Mikroskop altında görünən möcüzə -  İlin ən yaxşı elmi fotoları seçildi

Mikroskop altında görünən möcüzə - İlin ən yaxşı elmi fotoları seçildi

14:30 22 oktyabr 2026
Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında

Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında

13:30 22 oktyabr 2026
Hilma af Klintin nadir əsəri hərraca çıxarılır

Hilma af Klintin nadir əsəri hərraca çıxarılır

13:00 22 oktyabr 2026
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi keçirilib - Foto

Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi keçirilib - Foto

12:21 22 oktyabr 2026
Edvard Hopperin ilk rəsmləri ilə bağlı sirr açıldı - Altı  əsər başqasından köçürülüb?

Edvard Hopperin ilk rəsmləri ilə bağlı sirr açıldı - Altı əsər başqasından köçürülüb?

12:20 22 oktyabr 2026
Devid Boui ilə Nina Simonenin virtual dueti - Tanınmış rejissorun səs sərgisində

Devid Boui ilə Nina Simonenin virtual dueti - Tanınmış rejissorun səs sərgisində

12:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər