Şuşa şəhərinin tarixi ilə bağlı kitab çapdan çıxdı

Şuşa şəhərinin tarixi ilə bağlı kitab çapdan çıxdı
23 may 2023
# 11:20

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Gülcamal Sadıxovanın “Şuşa şəhərinin tarixi (XIX - XX əsrin əvvəlləri)” adlı kitabı nəşr olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü Mahmud İsmayılov, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, rəyçilər tarix üzrə fəlsəfə doktoru, dosent Vidadi Umudlu və tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədovdur.

Qeyd edək ki, monoqrafiya ilk dəfə 2004-cü ildə rus dilində işıq üzü görüb. Həmin dövrdən keçən müddət ərzində davam etdirilən təqiqatlar nəticəsində elmi dövriyyəyə yeni sənəd və materiallar gətirilib, bununla da kitabın yeni nəşrinin hazırlanması zərurəti yaranıb. Kitabda Şuşa şəhərinin qısa tarixi oçerki verilir, sonra XIX-XX əsrin əvvəllərində şəhərin ərazisi, əhalisi, inzibati-idarə sistemi, iqtisadi, ictimai-siyasi və mədəni həyatı hərtərəfli tədqiqat obyekti olur.

Monoqrafiyadan Şuşa şəhərinin tarixi ilə maraqlanan tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi istifadə edə bilər.

# 2051 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər