"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?
9 fevral 2026
# 15:44

Xəbər verdiyimiz kimi bu yaxınlarda üzvlük haqqlarının ödənilməməsinə görə bir qrup yazıçı-şair Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.

Kulis.az bununla bağlı AYB-nin mətbuat xidmətinə göndərdiyi sorğunun cavablarını təqdim edir.

- Üzvlük haqqlarının ödənilməməsinə görə Azərbaycan Yazıçılar Birliyindən ümumilikdə neçə nəfər üzv çıxarılıb?

- Məlum olduğu kimi Azərbaycan Yazıçılar Birliyinin katibliyinin qərarı ilə üzvlük haqqını ödəməyənlərin siyahısı (bir qismi) “Ədəbiyyat qəzeti”ndə çap edilmiş və onlara bu ilin fevralın ayının 1-dək müddət verilmişdi. Bu müddət ərzində həm siyahıda adları olan üzvlərdən, həm də digər üzvlərdən ödəniş edənlər oldu. Xəbərdarlığa və güzəşt müddətinə baxmayaraq üzvlük haqqını ödəməyənlər Azərbaycan Yazıçılar Birliyinin sıralarından xaric edildilər. Xaric edilmiş üzvlərin sayı 30 nəfərdir.

- Üzvlükdən çıxarılan şəxslərin siyahısının (ad, soyad və çıxarılma tarixi göstərilməklə) təqdim olunması mümkündürmü?

- Xeyr. Mümkün deyil. Bu günlərdə Azərbaycan Yazıçlar Birliyinin sədri, Xalq yazıçısı Anar bu məsələ ilə bağlı müsahibəsində qeyd edib. Onların adlarının açıqlanmasını münasib hesab etmirik.

- Azərbaycan Yazıçılar Birliyinin məhz bu ildən üzvlük haqqını ödəməyən şəxslərin Birlikdən çıxarılması ilə bağlı qərar qəbul etməsinə səbəb nədir? Bu qərar əvvəlki illərdə niyə eyni şəkildə tətbiq olunmayıb? Birliyin hazırda üzv sayını azaltmaq niyyəti varmı?

- Üzvlük haqlarının ödənilməməsi problemi çox illər əvvəl də mövcud idi. Azərbaycan Yazıçılar Birliyinin katibliyinin qərarı ilə bu məsələyə humanist yanaşılaraq 2020-ci ilədək olan borclar silindi. Beş il keçməsinə baxmayaraq əksər üzvlər yenə ödəniş etmədilər. Bundan əvvəl dəfələrlə güzəşt olunduğu üçün bu dəfə qəti qərar verildi.

- Qeyd olunan qərar davamlı xarakter daşıyacaqmı? Yəni bundan sonra da üzvlük haqqını ödəməyən bütün üzvlər istisnasız olaraq Birlikdən xaric ediləcəkmi, yoxsa hər bir hal ayrıca qiymətləndiriləcək?

- Proses davam etdiriləcək. Üzvlük haqlarını ödəməyən üzvlər Birliyin sıralarından xaric ediləcəklər. Söhbət ildə on beş manatdan gedir. Bu məbləğ heç kim üçün çətinlik yaratmamalıdır. Nəzərə alınmalıdır ki, Yazıçılar Birliyinə üzvlük könüllülük prinsibinə əsaslanır. Ona görə hesab edirik ki, üzvlük haqlarının ödənilməsinə laqeyd yanaşılmamalı, Birliyin nizamnaməsinə, qaydalarına hörmət və məsuliyyətlə yanaşılmalıdır.

# 1557 dəfə oxunub

Oxşar xəbərlər

Fransız dilində yazan rumın yazıçı - Ona niyə "Balkan ədəbiyyatının Qorkisi" deyirdilər?

Fransız dilində yazan rumın yazıçı - Ona niyə "Balkan ədəbiyyatının Qorkisi" deyirdilər?

14:50 10 avqust 2026
Şair Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edildi

Şair Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edildi

13:30 10 avqust 2026
Məşhur aktyorun halı pisləşdi – Səbəb

Məşhur aktyorun halı pisləşdi – Səbəb

12:50 10 avqust 2026
Afroamerikalıların həyatını ədəbiyyata gətirən yazıçı  - Onun Pulitserli romanı niyə  "əxlaqsız" adlandırılmışdı?

Afroamerikalıların həyatını ədəbiyyata gətirən yazıçı - Onun Pulitserli romanı niyə "əxlaqsız" adlandırılmışdı?

12:30 10 avqust 2026
Peyğəmbər haqqında növbəti layihə - "İsanın dirilməsi"

Peyğəmbər haqqında növbəti layihə - "İsanın dirilməsi"

12:20 10 avqust 2026
Bakıda axşam konsertləri keçirilir

Bakıda axşam konsertləri keçirilir

10:12 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər