“Siçanlar və adamlar” tamaşasının premyerası keçiriləcək

“Siçanlar və adamlar” tamaşasının premyerası keçiriləcək
19 yanvar 2022
# 16:00

Şah Mat Teatrında “Siçanlar və adamlar” tamaşasının premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, yanvarın 22-də Müstəqil Şah Mat Teatrının səhnəsində Nobel mükafatlı Amerika yazıçısı John Steinbeck-in “Adamlar və siçanlar” pyesi əsasında hazırlanmış “Siçanlar və adamlar” səhnə əsərinin premyerası olacaq.

Teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə işində obrazları Anar Bulud, Anar İbrahimov, Orxan Abışov, Fərid Vəliyev, Orxan Bakinskiy, Günel İmanova, Cavid Cavadzadə, Fuad Məmmədov ifa edir.

Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə işinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssam Günel İsgəndərova, geyim üzrə rəssam Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Fuad Məmmədovdur.

Absurd janrında qurulan yeni tamaşada işlәdiklәri rançodan qovulan Corc vә Lenni öz xәyallarını gerçәklәşdirmәk üçün növbәti rançoya işlәmәyә yollanırlar. Böyük böhran tәkcә maddi cәhәtdәn deyil, hәm dә mәnәvi cәhәtdәn bütün işçilәrә tәsir etmiş, onları dәyişərək bir-birindәn asılı tәnha insanlara çevirmişdir. Xәyalları gerçәklәşdirmәk üçün tәk ümid bu tәnhalıqdan qurtulmaqdır , lakin bu "Sizifin tәpәyә daşı tәkbaşına qaldırması" qәdәr çәtin olacaqdır.

Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü teatrın binasından əldə bilərsiniz.

# 4150 dəfə oxunub

Oxşar xəbərlər

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

12:30 27 sentyabr 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər