Seyran Səxavət: “Azərbaycanlı kişi əcnəbi qadınla evlənir? Yaxşı edir!”

Seyran Səxavət:  “Azərbaycanlı kişi əcnəbi qadınla evlənir? Yaxşı edir!”
18 noyabr 2023
# 16:00

Son statistik məlumatlara əsasən əcnəbilərlə nikaha daxil olan gənclərin sayında artım müşahidə olunur. Azərbaycanlı xanımlar və bəylər son illər nədənsə xarici vətəndaşla evlənməyi üstün tuturlar. Bəs bunun təməlində hansı səbəblər var?

Kulis.az xəbər verir ki, mövzuyla bağlı tanınmış yazıçı Seyran Səxavət fikirlərini “Yeni Sabah”la bölüşüb.

Onun sözlərinə görə, bu hal olduqca normaldır:

“Hər kəsin istədiyi şəxslə evlənmək haqqı var. Ailə qurmaq azaddır. Evləndiyin şəxsin öz ölkənin vətəndaşı, yaxud əcnəbi olmasının elə də fərqi yoxdur. Düşünmürəm ki, bu tendensiyanın hansısa özəl səbəbləri var. Azərbaycanlı kişilərin qadınların inkişafına mane olması kimi cəmiyyətdə formalaşan fikirlərə qeyri-ciddi yanaşıram. Hesab etmirəm ki, qızlarımız bu səbəbdən xaricilərlə evlənməyi seçir. İnkişaf deyəndə xanımlarımız nəyi nəzərdə tutur? Yaxud inkişaf edərək, nə edəcək ki? Hazırda azərbaycanlı qadınların o qədər işi var ki... Onlar o qədər yükləyirlər ki, xanımlarımıza yazığım gəlir. Ən az işləyən qadınlarımız belə gün ərzində çox yorulur. Çünki onlar həm övladlarının, həm evin, həm də həyat yoldaşlarının qayğısına qalırlar. Bu işin öhdəsindən gəlmək böyük bir qəhrəmanlıqdır. İstər bizim, istər fransız, ingilis, gürcü və digər ölkələrin qadınlarının yaxşı mənada birinci vəzifəsi ailəsinə, evinə qulluq etməkdir.
Azərbaycanlı kişilərin xarici qadınları həyat yoldaşı olaraq seçməsində də elə bir problem yoxdur. Hansısa tədbirdə, məclisdə görüb, xoşuna gəlib və evlənib. Yaxud başqa bir yolla tanış olub, evlənib. Lap yaxşı edib. Bu hər kəsin şəxsi məsələsidir. Əsas odur ki, bu kimi məsələlər cəmiyyətdə kütləvi hal almayıb”.

Yazıçı ailə məsələlərində onu narahat edən məqamdan da söz açıb:

“Bir məsələ var ki, bu məni olduqca narahat edir. Son statistikaya görə, ölkədə nikahlar azalıb, boşanmaların sayı isə artıb. Zənnimcə, bu hər kəsi düşündürməli və narahat etməlidir. Boşanma hallarının artması çox dəhşətli haldır. Bunun qarşısını almaq, ailə dəyərlərini möhkəmləndirmək üçün ciddi addımlar atılmalıdır”.

# 2426 dəfə oxunub

Oxşar xəbərlər

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Rusiyada teleqram VPN-lə də işləməyəcək

Rusiyada teleqram VPN-lə də işləməyəcək

17:38 12 mart 2026
Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

15:00 12 mart 2026
Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

14:50 12 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər