“Sevil” tamaşası təqdim olunub

“Sevil” tamaşası təqdim olunub
15 noyabr 2022
# 12:00

Gəncə Dövlət Filarmoniyasında “Sevil” tamaşası təqdim olunub

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Fikrət Əmirov 100” Musiqi Festivalı çərçivəsində, Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Sevil” (proloqla birlikdə 2 pərdəli opera) tamaşası təqdim edilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli, dirijor, Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov, rejissor, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev, rəssam, Xalq rəssamı Tahir Tahirov, xormeyster, Əməkdar İncəsənət xadimi Sevil Hacıyeva, baletmeyster, Əməkdar İncəsənət xadimi Yulana Əlikişizadə, konsertmeyster Nüşabə İsadır.

Rollarda: Sevil – Fatimə Cəfərzadə, Balaş (Sevilin həyat yoldaşı, bank işçisi) – Xalq artisti Azər Zeynalov, Dilbər – Əməkdar artist İnarə Babayeva, Gülüş (Balaşın bacısı) – gimnaziya tələbəsi Nina Makarova, Atakişi (Balaşın atası) – vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Taleh Yahyayev, Babakişi (Sevilin atası) – Əməkdar artist Tural Ağasıyev, Əbdüləli bəy – Urfan Cəfərov, Məmmədəli bəy – Fəhmin Əhmədli, Tafta (qulluqçu) – Esmira Məmmədova, Azançı – Nəzər Bəylərov.

# 2458 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər