Şərif Ağayarın yeni romanının təqdimatı olacaq

Şərif Ağayarın yeni romanının təqdimatı olacaq
27 may 2025
# 11:40

Mayın 31-i, saat 17:30-da “LİBRAFF” kitab mağazalarının “Park Akademiya” filialında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Rəng mühəndisi” romanının təqdimatı olacaq.

Kulis.az xəbər verir ki, müəllif təqdimat mərasimində kitabı oxucular üçün imzalayacaq.

Qeyd edək ki, “Qanun” Nəşrlər Evində işıq üzü görən roman cəlbedici üslubu və texnikası ilə müəllifin yaradıcılığında yeni mərhələ kimi dəyərləndirilir. Əsərdə yazıçı xəyali bir məkanda baş verən milli azadlıq hərəkatı və onun nəticələri kontekstində siyasət-sənət münasibətlərinə bədii-estetik pəncərədən baxmağa çalışır. Bəşəriyyətin xilası ideyası bu dəfə fərqli bir rakursdan dəyərləndirilir, ona bir az ironik, bir az da absurd münasibət göstərilir.

Xatırladaq ki, “Rəng mühəndisi” Şərif Ağayarın sayca altıncı romanıdır. Oxucular indiyədək onun “Haramı”, “Gülüstan”, “Arzulardan sonrakı şəhər”, “Ağ göl” və “Komandir” romanları ilə tanışdırlar. O, eyni zamanda, “Aftafalı antrakt” və “Arıların səssizliyi” hekayələr kitabının müəllifidir.

Təqdimat mərasiminə giriş sərbəstdir.

# 1844 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər