Səni axtaracam xatirələrdə - Qalib Şəfahət

Səni axtaracam xatirələrdə - Qalib Şəfahət
15 yanvar 2024
# 15:30

Kulis.az Qalib Şəfahətin şeirlərini təqdim edir.

Səni axtaracam xatirələrdə

Hələ ümidimi itirməmişəm.
Səni axtaracam xatırələrdə.
Hələ son sözümü bitirməmişəm,
Səni axtaracam xatirələrdə.

Mənim xəyallarım divanə idi,
Sən isə onlara biganə idin.
Bax onda ən gözəl zamanə idi,
Səni axtaracam xatirələrdə.

Şəklinə baxanda canımı yaxır,
Qəlbimdən boylanır, gözümdən baxır.
Fikrimi çaşdırır, ağlımdan çıxır.
Səni axtaracam xatirələrdə.

Arzular, istəklər sahibsiz qalıb,
Kimsəsiz böyüyüb, köməksiz qalıb.
Səndən ürəyimdə bircə iz qalıb,
Səni axtaracam xatirələrdə.

Gəlmir

Özümə söz verdim, özüm unutdum.
Öz sözüm özümün xoşuma gəlmir.
Ağlıma gələnlər başıma gəldi.
Nə gəlir, düz gəlir, boşuna gəlmir.

Niyə tanımadım özüm özümü?
Niyə öz üstümdən çəkdim gözümü?
Özümə dediyim o son sözümü,
Ağlımdan çıxartmaq, hüşüma gəlmir.

Bu necə ömürdü həsrətə dözür,
Kədəri, qüssəsi qəlbimi üzür.
Taleh üz döndərib uzaqda gəzir.
Önümdə dayanıb, qarşıma gəlmir.

Əyri axtarırsan hərdən düz olur,
İnsan bir-biriylə üz-göz olur
Söz sözə toxunur söhbət söz olur.
Hələ də ki, ağlım başıma gəlmir.

# 3597 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər