Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı

Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı
9 iyul 2026
# 13:43

Bu il Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Səməd Vurğunun anadan olmasının 120 illiyi tamam olur. Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamının icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə maarifləndirici və mədəni layihələr həyata keçirilir. Xalq şairinin yubileyi ilə əlaqədar kitabxana əməkdaşları tərəfindən hazırlanan zəngin məzmunlu elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, elektron resurs şairin çoxşaxəli həyat və yaradıcılığını, zəngin ədəbi irsini, eləcə də onun haqqında formalaşmış elmi və ədəbi fikri sistemli şəkildə təqdim edir. Elektron məlumat bazası Səməd Vurğunun yaradıcılığının geniş oxucu auditoriyasına çatdırılması, onun milli ədəbiyyatımızdakı əvəzsiz yerinin təbliği və gələcək nəsillərə tanıdılması məqsədilə hazırlanıb.

Elektron məlumat bazasında akademik Nizami Cəfərovun “Səməd Vurğun və Səmədoğlular” və “Vaqifin Vurğunu”, professor Vaqif Yusiflinin "Demə Səməd Vurğun gəldi gedərdi", professor Maarifə Hacıyevanın “Milli poeziyamızın qoşa zirvəsi”, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Milli poeziyamızın Səməd Vurğun ucalığı”, Xalq şairi Vaqif Səmədoğlunun “Atam Səməd Vurğun haqqında”, jurnalist İradə Əliyevanın "Ayrılarmı könül candan..." kimi məqalələrinin tam mətni yer alır. Həmçinin bazada şairin müəllifi və redaktoru olduğu kitabların, məqalələrin, dram əsərlərinin, poemalarının, dövri mətbuatda çıxan şeirlərinin, digər dillərdə çap olunan nəşrlərinin, haqqında qələmə alınan kitab və dövrü mətbuat nümunələrinin, şeirlərinə yazılmış musiqi əsərlərinin, avtoreferat və dissertasiyaların, elektron resursların, izonəşrlərin siyahısı təqdim edilir.

Məlumat bazasında Səməd Vurğunun yaradıcılığına görkəmli ictimai-siyasi xadimlərin və elm adamlarının dəyərli fikirləri, ailə üzvlərinin xatirələri, nadir fotoşəkillər, videomateriallar və elektron resurslar bir araya gətirilərək istifadəçilərə nümayiş olunur.

Video və fotoqalereya bölmələri oxuculara şairin həyat yolunu və ədəbi irsini vizual materiallar vasitəsilə daha yaxından izləmək imkanı yaradır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan bu elektron məlumat bazası Səməd Vurğunun zəngin irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində mühüm elektron informasiya resurslarından biri olmaqla yanaşı, tədqiqatçılar, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün etibarlı məlumat mənbəyi kimi böyük əhəmiyyət daşıyır.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 755 dəfə oxunub

Oxşar xəbərlər

“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
"Nənələr" folklor qrupu  üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

"Nənələr" folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

12:37 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər