Səməd Ağaoğlunun hekayələrinə dair ilk araşdırma işıq üzü gördü

Səməd Ağaoğlunun hekayələrinə dair ilk araşdırma işıq üzü gördü
24 iyun 2026
# 18:00

Gənc ədəbiyyat araşdırıcısı Ulduz Uralayın “Səməd Ağaoğlunun hekayələrində avtobioqrafizm və özgələşmə” adlı kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, monoqrafiyada Səməd Ağaoğlunun zəngin bədii irsi ədəbi tənqidin çağdaş metodları əsasında araşdırılır, onun hekayələrində avtobioqrafik elementlərin mahiyyəti, fərdi yaddaşın bədii təcəssümü və özgələşmə probleminin çeşidli təzahürləri geniş şəkildə çözülür.

Müəllif yazıçının əsərlərini yalnız estetik baxımdan deyil, həm də mühacirət psixologiyası, kimlik axtarışları və fərdin cəmiyyətlə münasibətləri kontekstində dəyərləndirir.

Monoqrafiyada Səməd Ağaoğlunun həyat yolu ilə bədii yaradıcılığı arasındakı əlaqələr sistemli şəkildə izlənilir, onun hekayələrində tarixi yaddaşın, şəxsi taleyin, mühacirət ağrılarının və mənəvi təcridin bədii ifadə formaları üzə çıxarılır. Özəlliklə, yazıçının qəhrəmanlarının daxili dünyasında müşahidə olunan özgələşmə duyğusunun sosial, psixoloji və fəlsəfi aspektləri elmi-nəzəri müstəvidə şərh edilir.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslığında Səməd Ağaoğlu haqqında ilk monoqrafik araşdırma olan, nəfis şəkildə yayınlanmış kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, rəyçiləri isə Bakı Dövlət Universitetinin dosenti Samirə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəki və tənqidçi-publisist Fidan Vahiddir.

# 730 dəfə oxunub

Oxşar xəbərlər

Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

11:30 4 oktyabr 2026
Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər