Şəhriyar Del Gerani: "Çingiz Abdullayevi toyuma dəvət edirəm"

Şəhriyar Del Gerani:  "Çingiz Abdullayevi toyuma dəvət edirəm"
11 oktyabr 2023
# 11:25

"Əvvəla mən intriqa adamı yox, sülh adamıyam. Məni tanıyan hər kəs bunu bilir. İkincisi, bütün qələm dostlarımız və mətbuat əhli bilsin, mənim həqiqətən, Çingiz Abdullayevlə heç bir problemim yoxdur. Sadə bir zarafatyana statusu bura qədər uzatmağa nə hacət vardı? Ölkənin indiki dövründə iki yazıçının bu cür primitiv mübahisəsi məndə də, oxucularda da təəssüf hissi doğurur".

Kulis.az xəbər verir ki, bu sözləri Şəhriyar Del Gerani Xalq yazıçısı Çingiz Abdullayevlə aralarındakı qalmaqalla bağlı feysbukda yazıb.

"Bu günlərdə Xalq yazıçısı Anarla da görüşdük. O da məyusluğunu bildirdi söhbətin bunca dartılıb uzadılmağına. Və bir ağsaqqal kimi məsləhət gördü ki, bu mübahisələrə son qoymaq lazım. Haqlıdır. Atam da dünən zəng eləyib ki, “Ayıb deyil? Bütün ölkə sizə baxır”. Qorxuram rayona gedəndə tutub pensiya kartını ala əlimdən.

Xülasə, məlum verilişdə dediyim kimi, gerçəkdən mənim nəinki Çingiz Abdullayevlə, heç bir kimsəylə problemim yox. Təəssüf, düşməni seçmirsən, bəzən adamlar durduq yerdə səni düşmən elan edirlər özlərinə. Açığı, mən bu həyatı fani, ölümü ani dünyanı çoxdan tərk etmişəm, yerdə qalan 5-3 illik ömürdə başımı qatıram birtəhər.

Sözüm ona, toyuma hazırlaşdığım bir vaxtda bu ədəbi-məişət söz-söhbətləri tamam yordu məni. Bu mövzunu qapadıram öz tərəfimdən. Əlbəttə, bütün bu və ya bu kimi mübahisələr ötəridir. Qalıcı olan mətndir. İnsanları yaşadan, həyatına rəng qatan, ömrünü uzadan isə sevgidir, sayğıdır, barışdır. Allah necə haqdı?!

Yeri gəlmişkən, burdan Çingiz Abdullayevi 21 oktyabrda öz toyuma – İmişliyə dəvət edirəm. Gəlsin bir qol qaldıraq “Ruhani havası” üstündə. Eşqlər!"

# 3082 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər