Şəhidə həsr olunan kitab təqdim olundu

Şəhidə həsr olunan kitab təqdim olundu
9 mart 2022
# 17:40

İkinci Qarabağ müharibəsində şəhid olan Murad Nağıyevə həsr olunmuş “Murad” adlı kitabın təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, şəhidin həyat və döyüş yolundan bəhs edən, ailəsinin, dostlarının, döyüş yoldaşlarının, müəllimlərinin Murad Nağıyevlə bağlı xatirələrini bölüşdüyü, şəhidin müəllifi olduğu şeirlərin də daxil edildiyi “Murad” kitabının təqdimatı keçirilib.

Təqdimat dövlət himni və Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Murad Nağıyevin həyatını əks etdirən qısa videolent təqdim olunub. Şəhidin qardaşı, orta məktəbdə və AAHM-də ona dərs demiş müəllimləri və döyüş yoldaşları söz alaraq xatirələrini bölüşüblər.

Kitabın redaktoru, tədbirə dəvət olunan bir qrup ziyalı və millət vəkilləri duyğularını paylaşıblar. Şəhidin “Fikrim hey ondadır” şeirinə bəstələnən musiqi səsləndirildikdən sonra Murad Nağıyevin təhsil aldığı məktəbin şagirdləri onun şeirlərini söyləyiblər.

Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub. 2003-2011-ci illərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edib və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda Kuleli Hərbi Liseyinə seçilib. 2015-ci ildə həmin liseyi uğurla başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. Murad Nağıyev 2016-cı ildə Azərbaycana qayıdıb və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam etdirib. O, 2020-ci ildə oradan tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olub.

44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən Şəhid leytenant Murad Nağıyev Horadiz kəndinin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Hadrut və Zəngilanın düşmən işğalından azad edilməsində fəal iştirak edərək düşmənin strateji əhəmiyyətli obyektlərini, çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etmişdir. 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İkinci Fəxri xiyabanda dəfn olunan leytenant Murad Nağıyev şəhadətindən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhid Murad Nağıyev eyni zamanda vətənpərvər şeirlər müəllifi idi. Şəhidin cəbhədə olarkən yazdığı, həmin vaxt içində olduğu ikiləmi dilə gətirdiyi “Fikrim hey ondadır” şeiri məni xüsusilə duyğulandırdı. Murad Nağıyev Vətəni və sevdikləri arasındakı bu

Üstün zəkasına və riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə hərbi liseydəki müəllimləri Murad Nağıyevə “riyaziyyat dahisi” adını vermişdilər.

# 2903 dəfə oxunub

Oxşar xəbərlər

“Mediada Azərbaycan dili”  mövzusunda təlimlər başlandı

“Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı

14:25 10 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər