Şəhid qızının öpüşü - Maya İmran yazır...

Maya İmran

Maya İmran

14 aprel 2023
# 14:40

Kulis.az Maya İmranın "Dünya bu sevgini daşıya bilməyib..."adlı yazısını təqdim edir.


Pəncərəsi qonşunun pəncərəsinə dirənən, evlərinin qarşısından şəhərin marşrutu şütüyən, bütün evləri bir damın altına sığan küçədən keçirəm. Maşın dar, əyri yollarda irəliləməyə can çəkir..
Səma da kiçikdir burda..
İnsanlar aciz, xəyallar kasad..
Elə bil Günəş də gec-gec gəlir bu tərəflərə, o tərəfdəkilər bulud istəyəndə..
Burda arzu yetişməz, xəyal qurulmaz, gələcək gəlməz..
Burda ancaq sona çatmış keçmiş gələr insanın ağlına..
Köksümü darıxmaq bürüyür.
Bura küncə çəkilib, küsüb sanki..
“Burdan qaçmaq” kimi narahatlıq dolanıb boğazıma, nəfəsim kəsilir..
Ya Günəşdən, ya da qara günlərdən solmuş, bozarmış bir evin qapısı açılır küçəyə...
Qara yaylıqlı bir xanım ehtiyatla bayıra çıxır, ardınca da balaca bir qızcığaz..
Həyat sevinci küçənin darlığında, sıxlığında çoxdan əzilib yoxa çıxıb bu qadının..
Qızcığaz isə, hələ ki, bu rəngsizliyin yeganə rəngidir..
Anası qapının üstünə böyük bir qıfıl asır, açarla bərk-bərk bağlayır, sonra bağlandığına əmin olmaq üçün əli ilə yoxlayır.
Maşının ağır gedişi burda işimə yarayır - uşağa baxıb gülümsəyirəm.
Səsimi eşitsə “bu küçənin təbəssümü sənsən, həmişə gül” deyəcəkdim ona..
Amma o, mənə gülüb irəli qaçır.
Anasından çox mən narahat oluram - bilmədən maşın yoluna qaçar, deyə.
Anası bu hərəkətinə öyrəşıb sanki...
Yerində dayanıb onu gözləyir.
Qızcığaz qaçaraq evin çöl divarına asılmış şəhid şəklinin qabağında dayanır.
Diqqətlə atasına baxır, gülərək nəsə deyir, öpüş göndərir, əl yelləyir, anasının yanına qayıdır.
Əl-ələ tutub dayanacağa gedirlər.
Dünya bu sevgini daşıya bilməyib...

# 2282 dəfə oxunub

Oxşar xəbərlər

Polina Qaqarina AB sanksiyalarının ləğvi üçün ikinci bir iddia qaldırdı

Polina Qaqarina AB sanksiyalarının ləğvi üçün ikinci bir iddia qaldırdı

17:00 10 iyul 2026
“Qarabağın daş yaddaşı”  fotomüsabiqəsi elan olundu

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olundu

15:53 10 iyul 2026
"The Rolling Stones"dan 25-ci albom

"The Rolling Stones"dan 25-ci albom

14:01 10 iyul 2026
Daşdan-daşa dəydi başım o zaman - Əhməd Cavad

Daşdan-daşa dəydi başım o zaman - Əhməd Cavad

13:55 10 iyul 2026
Nasist kölgəsi və "Ağ Gül" yalanı - Faşistlərin qulaq asdığı bəstəkar kim idi?

Nasist kölgəsi və "Ağ Gül" yalanı - Faşistlərin qulaq asdığı bəstəkar kim idi?

13:09 10 iyul 2026
88 yaşlı Entoni Hopkins albom buraxdı

88 yaşlı Entoni Hopkins albom buraxdı

12:30 10 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər