Səfəvilər dövrünə aid Gülüstan Sarayı raket zərbəsindən sonra ziyan gördü

Səfəvilər dövrünə aid Gülüstan Sarayı raket zərbəsindən sonra ziyan gördü
4 mart 2026
# 12:04

YUNESKO Dünya İrsi siyahısına daxil edilən Gülüstan Sarayı bazar günü raket zərbəsi nəticəsində zərər görüb.

Kulis.az xəbər verir ki, ABŞ və İsrail qüvvələrinin İrana qarşı olan hücumları fonunda paytaxtın tarixi mərkəzində yerləşən saray kompleksinə yaxın əraziyə düşən mərmi nəticəsində tikiliyə ziyan dəyib.

Yerli medianın yaydığı görüntülərdə muzey kimi fəaliyyət göstərən 400 illik kompleksin pəncərələrinin sındığı, güzgülü tavan və şüşə bəzəklərin zədələndiyi, tarixi “orsi” və taxta qapıların dağıntıdan zərər gördüyü əks olunub.

Tehran Şəhər Şurasının turizm komitəsinin rəhbəri Əhməd Ələvi bildirib ki, partlayış sarayın ərazisində asfalt örtüyünün bəzi hissələrini yerindən qoparacaq qədər güclü olub.

Hadisədən əvvəl sarayın çilçıraqları və dekorativ elementləri qoruyucu materiallarla örtülmüş, eksponatlar isə təhlükəsiz anbarlara köçürülmüşdü. Məlumata görə, ölkədə artan gərginlik fonunda yanvarın 5-dək Tehrandakı muzeylərdən – o cümlədən İran Milli Muzeyindən, Sədabad və Niyavaran saray komplekslərindən – bir sıra qiymətli əşyalar təhlükəsiz yerlərə daşınmışdı. Oxşar tədbirlər Fars əyalətindəki Persepolis muzeyində də həyata keçirilib.

Bazar ertəsi İranın Mədəni irs, Turizm və Əl işləri naziri Rza Salehi-Əmiri və nazir müavini Əli Dərabi saraya baş çəkərək vəziyyəti yerində qiymətləndiriblər. Nazir hücumu beynəlxalq hüquq və mədəni öhdəliklərin pozulması kimi qiymətləndirib və YUNESKO-ya rəsmi hesabat təqdim olunacağını bildirib.

YUNESKO da yaydığı bəyanatda sarayın qoruyucu zonasında – Ərq meydanı ətrafında – zərər qeydə alındığını təsdiqləyib və Yaxın Şərqdə artan gərginlik fonunda mədəni irs abidələrinin qorunması ilə bağlı narahatlığını ifadə edib. Qurum tərəflərə Dünya İrsi siyahısında olan və milli əhəmiyyət daşıyan obyektlərin coğrafi koordinatlarının təqdim edildiyini vurğulayıb ki, mümkün zədələrin qarşısı alınsın.

Məlumatlara əsasən, yaxınlıqdakı Böyük Bazar və Ərq məscidi də zərər görüb.

Səfəvilər dövrünə (1501–1736) aid Gülüstan Sarayı sonradan Qacarlar dövründə genişləndirilib və fars memarlıq ənənələri ilə Avropa üslubunun sintezini özündə birləşdirərək şah iqamətgahına çevrilib. Kompleks səkkiz əsas saray binası və bağlardan ibarətdir.

Qeyd edək ki, İran ərazisində 800-dən çox muzey və 29 YUNESKO Dünya İrsi obyekti mövcuddur. Hazırda ölkənin digər mədəni obyektlərinə ciddi ziyan dəyməsi ilə bağlı təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, regionda davam edən hərbi əməliyyatlar nəticəsində insan itkilərinin artdığı bildirilir.

Mədəni mülkiyyət 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Dünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya ilə beynəlxalq hüquq çərçivəsində qorunur.

# 430 dəfə oxunub

Oxşar xəbərlər

Vilayət Quliyevin yeni kitabının təqdimat mərasimi keçirildi

Vilayət Quliyevin yeni kitabının təqdimat mərasimi keçirildi

12:20 16 aprel 2026
Şekspir Londondakı yeganə evi tapıldı

Şekspir Londondakı yeganə evi tapıldı

12:05 16 aprel 2026
Yasamalda kirayə qalan azərbaycanlı cavan oğlanın dərdi - Nihat Pir

Yasamalda kirayə qalan azərbaycanlı cavan oğlanın dərdi - Nihat Pir

12:00 16 aprel 2026
“Teleradio”ya yeni rəhbər təyin edildi

“Teleradio”ya yeni rəhbər təyin edildi

11:55 16 aprel 2026
“Mən, Lalə, bir də Şerlok Holms 2”  filminin ikinci mövsümü təqdim olundu

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü təqdim olundu

11:40 16 aprel 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:05 16 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər