Səbuhi Məmmədli əməliyyat olundu

Səbuhi Məmmədli əməliyyat olundu
24 noyabr 2022
# 17:20

Tanınmış jurnalist, Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli əməliyyat olunub.

Kulis.az xəbər verir ki, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi şöbənin müdiri Ramil Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, əməliyyat uğurla keçib və hazırda jurnalistin vəziyyəti normaldır.

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli bir müddət əvvəl səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. O, Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb.

Jurnalist həmçinin xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə davamlı olaraq dializlə təmin edilir.

Hazırda onun müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir.

# 2056 dəfə oxunub

Oxşar xəbərlər

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:16 28 fevral 2026
Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

10:26 28 fevral 2026
Məşhur meyxanaçı vəfat etdi

Məşhur meyxanaçı vəfat etdi

09:54 28 fevral 2026
Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

17:40 27 fevral 2026
İspaniya "Avroviziya"  qaydalarını dəyişmək istəyir

İspaniya "Avroviziya" qaydalarını dəyişmək istəyir

16:40 27 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər