Şairə Solmaz Şirvanlı vəfat edib

Şairə Solmaz Şirvanlı vəfat edib
21 yanvar 2023
# 14:30

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) vəfat edib.

Kulis.az xəbər verir ki, bu haqda şair Yusif Nazim Ərəbsoy özünün "fazcebook" səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya gəlib. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu "Cavanşir yurdu" rayon qəzetində çalışıb.

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri "Yeni Şirvan" qəzetində çap olunub.

"Tanrım mənə qəm qıyıb" (2002) və "Duyğu çiçəkləri" (2018) adlı şeirlər kitablarının müəllifidir.

Onun şeirləri "ZİRVƏ" Poeziya antologiyasında (2015-2020), "Sazlı-sözlü Borçalı" (2018-2020) və "Canım Azərbaycanım" (2019-2020) ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.

# 3436 dəfə oxunub

Oxşar xəbərlər

“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər